Günün şad xəbəri yalan çıxdı: Mənsimov azadlığa buraxılmayıb

  • 22 apr 2020, 16:32
Ötən ay - martın 17-də İstanbul məhkəməsinin qərarı ilə barəsində "FETÖ soruşdurmaları" istintaqı çərçivəsində həbsə atılan “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov azadlığa buraxıldığına dair yayılan xəbər yalan çıxıb. 
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunan “Palmali” Şirkətlər Qrupunun təsisçisi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun həbsi ev dustaqlığı ilə əvəz olunması xəbəri əsassızdır və dezinformasiyadır.
Bu fikirləri sosial şəbəkədə “Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yazıb:
“Bir daha xahiş edirik ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynamayın. Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.
Qeyd edək ki, Mübariz Mənsimov FETÖ təşkilatının (Fətullah Gülənin terror təşkilatı) fəaliyyətinin araşdrırılması çərçivəsində İstanbulda həbs edilib.Türkiyə hakimiyyətinə yaxın olan “Sabah” qəzetinin məlumatına görə, biznesmen FETÖ-nün top-menecerləri  Akın İpek, Suat Yıldırım, Süleyman Uysal ilə yaxın əlaqələrdə ittiham olunur.
İstintaq həmçinin M.Mənsimovu təşkilatın rusiyalı imamı Əhməd Hamdi Vural ilə əlaqələrdə ittiham edib. Mübariz Mənsimov isə ittihamları öncədən rədd edib, həbsini SOCAR prezidenti Rövnəq Abdullayevin sifarişi alandırıb.
Demokratik.Az   
Oxşar xəbərlər