Demokratik TV
Xəbər lenti
Makedoniyanın adı dəyişdi - RƏSMİ
- 13 fev 2019, 07:46
Makedoniya Respublikasının Şimali Makedoniya adlanması barədə Prespan sazişi rəsmi olaraq qüvvəyə minib. Trend-in məlumatına görə, bu barədə Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrunqalos və keçmiş Makedoniya Respublikasının xarici işlər naziri Nikola Dimitrov Twitter sosial şəbəkəsində yazıblar.
Bundan əlavə, Konstitusiyaya edilən dörd dəyişiklik Parlament tərəfindən qəbul olunub. Bu isə ölkənin adının rəsmi olaraq dəyişməsi deməkdir.
Xatırladaq ki, Yunanıstan və Makedoniya sonuncu adı barədə sazişi 2018-ci ilin iyun ayında imzalayıb. Saziş faktiki olaraq Twitter Makedoniya üçün NATO və Avropa İttifaqına daxil olmağa imkan verir.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti