Makedoniya qaçqınlarla bağlı qadağanı ləğv etdi

  • 03 fev 2016, 20:49
Makedoniya hakimiyyyəti Yunanıstandan ölkəyə daxil olan miqrantlarla bağlı qoyduğu tranzit qadağasını ləğv edib.

Buna səbəb son 5 gündə taksi sürücülərinin keçirdiyi etiraz aksiyaları olub.

Makedoniya hakimiyyəti daha öncə ölkəyə daxil olan miqrantları taksi ilə deyil, qatar və avtobuslarla buraxacağı ilə bağlı xəbərdarlıq etmişdi. Verilən məlumata görə, bu qərar təhlükəsizlik tədbirləri çərçivəsində alınmışdı.

Xatırladaq ki, ilin əvvəlindən Makedoniya 55 mindən çox miqrant qəbul edib.

axar.az