“Araz” Makedoniya çempionunu darmadağın etdi

  • 14 okt 2016, 20:54

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsinin II qrupunda son oyunlar keçirilib.

 

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Araz” Makedoniyada keçirilən qrup mərhələsindəki son matçında meydan sahibləri ilə görüşüb.

 

Naxçıvan təmsilçisi bu ölkənin çempionu "Zalezareç”lə qarşılaşıb. Son turun görüşlərindən asılı olmayaraq, I yeri təmin edən komandamız elit-raunda 100 faizli nəticə ilə yollanmağa da nail olub.

 

Meydan sahiblərini zala çıxmağına peşman edən Azərbaycan çempionu rəqib qapısından nə az, nə çox, düz 15 qol keçirib. Makedonların gücü isə sadəcə 4 qola çatıb.

 

Bununla da qrupda vahid lider olan "Araz" elit-raunda vəsiqə qazanıb.

 

Qeyd edək ki, turun digər oyununda elit-raunda 2-ci vəsiqənin sahibi bəlli olub. Gürcüstan çempionu TDU-nu məğlub edən Kosovonun ən yaxşısı "Feniks”i qrup ikincisi olub.

 

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, III qrup

 

III tur, 14 oktyabr

 

TDU – "Feniks” - 3:7

 

"Araz” – "Zalezareç” - 15:4

Oxşar xəbərlər