İsrail qırıcıları İran ərazisinə daxil olub

  • 30 mar, 09:27
  • baxış sayı: 371

Bu ilin mart ayında İsrailin F-35 təyyarələri İran ərazisində əməliyyat keçirib.

Trend-in məlumatına görə, qırıcılar Suriya və İraq ərazisində kəşfiyyat uçuşları keçirərkən İranın ərazisinə daxil olub.

İsrail KİV-ləri yazır ki, təyyarələr Bəndər-Abbas, İsfahan və Şirazda ehtimal olunan nüvə obyektləri üzərində uçuşlar keçirib.

Qeyd olunur ki, F-35 təyyarələrini nə Suriya, nə İran, nə də Rusiya radarları müşahidə edib.

İsrail rəsmi mənbələri bu barədə açıqlama verməyib.

Oxşar xəbərlər