Xəbər lenti
Bütün xəbərlər

İran ordusu İsrail sərhədinə yeridildi:

  • 11 mar 2017, 14:44

İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriyanın Qolan təpələrindəki mövqelərə yerləşiblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "İndependent” qəzeti yayıb. Qəzet həmçinin İraqın Hərəkət Hizbullah əl-Nücəba şiə qruplaşmasının da burada olduğunu bildirib. Belə ki, bu döyüşçülər Tehranın dəstəyi ilə Qolan təpələrini İsraildən azad etməyə hazırlaşırlar.

Qeyd edək ki, Qolan təpələri Suriya ərazisidir. Bu torpaqlar 1967-ci ildə Suriya, Misir, Əlcəzair, İordaniya və İraqla aparılan altıgünlük müharibədən sonra İsrail ordusu tərəfindən işğal edilib. 1981-ci ildə Knesset (İsrail parlamenti) Qolan təpələrinin İsrailə aid olması barədə qanun qəbul edib.

 

Demokratik.Az

Oxşar xəbərlər