İsrail və Rusiya arasında məxfi saziş var-Fransa mətbuatı

  • 06 fev, 17:36
  • baxış sayı: 505
Fransanın "Intelligence online” bülleteni İsrail və Rusiya arasında Suriya səmasında necə davranmaqla bağlı "davranış kodeksi”nin olmasından yazıb.

Avropa.info xəbər verir ki, məxfi müqavilə iki ölkə arasında münaqişənin riskinin azaldılması üçün nəzərdə tutulub. Bülletendə qeyd olunur ki, İsrail HHQ-i son aylar "Hizbullah”ın silah təminatını kəsmək üçün Suriya ərazisinə zərbələrini artırıb. İsrailin rəsmi strukturları hava zərbələrini şərh etmirlər. Mütəmadi olaraq Qərb koalisiyasının zərbələrinə reaksiya verən rəsmi Moskva da bu barədə susmağa üstünlük verir.

Bülleteni yayan mənbənin fikrinə görə  Rusiya və İsrail arasında məxfi müqavilə mövcuddur və bu haqda danışıqlar 2016-cı ilin martında aparılıb. İsrail tərəfdən danışıqları prezident Rivlin, baş nazir Netnayahu və İsrail ordusunun Baş Qərargah rəisi Amir Eşel aparıb. Rusiya tərəfdən isə danışıqlarda Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu iştirak edib.

Mənbə bildirir ki, İsrailin hədəfi silah, idarə olunan raketlərin "Hizbullah”ın əlinə keçməsinə mane olmaqdır. Moskva isə öz növbəsində Suriya müharibəsində İsrailin neytrallığını qazanıb.
Oxşar xəbərlər