Xəbər lenti
Bütün xəbərlər

HƏMAS-ın Qəzza zolağında hərbi çəkişmə olub

  • 09 okt 2017, 07:32
İsrail tankı raket hücumuna cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağındakı postuna zərbə endirib.

Demokratik.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrail tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın postuna zərbə endirib", məlumatda deyilir.

Ötən gün Qəzza zolağından İsrailə raket zərbəsi endirilib. Raket İsrailin cənubundakı Eşkol regionuna, boş əraziyə düşüb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Qəzza zolağında hər hansı itkinin olub-olmaması barədə məlumat yoxdur.

 

Demokratik.Az

Oxşar xəbərlər