Demokratik TV
Xəbər lenti
İsrail Qəzza ətrafında yeraltı sədd tikir
- 09 sen 2016, 08:38
İsrail hökuməti fələstinlilərin ölkə ərazisinə tunellər qazmağının qarşısını almaq məqsədi ilə Qəzza zolağı ilə sərhəd boyu yeraltı sədd tikməyə başlayıb.
APA-nın "BBC”yə istinadən verdiyi xəbərə görə, tikinti işlərinə bir neçə həftə əvvəl start verilib. Yeraltı dəmir-betonlu səddin uzunluğunun 70 km olacağı bildirilir.
2014-cü ildə İsrail-Fələstin münaqişəsi zamanı HƏMAS üzvləri yeraltı tunellər sistemi vasitəsilə bir neçə dəfə İsrail ərazisinə keçib.
İsrail hökuməti "Fələstin tunelləri”ni ölkə üçün strateji təhlükə hesab edir. Artıq otuzadək yeraltı tunelin aşkarlanaraq dağıdıldığı bildirir.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti