Demokratik TV
Xəbər lenti
Demokratik.Az » İsrail raketləri artıq kosmosda da vurmağa qadirdir
İsrail raketləri artıq kosmosda da vurmağa qadirdir
- 19 yan 2017, 22:43
Ballistik
raketləri kosmosda vurmağa qadir olan "Xets-3” komplekslər İsrail
ordusunun istifadəsinə verilib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi
xəbərə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında
bildirilir. Məlumata görə, "Xets-3” raket əleyhinə müdafiə sistemi
İsrail Müdafiə Nazirliyi və ABŞ Raket Əleyhinə Müdafiə Agentliyinin birgə
istehsal olunub və artıq İsrail Hərbi-Hava Qüvvələrinin arsenalına daxil
edilib. Qeyd edək ki, "Xets-3” raket əleyhinə müdafiə sistemi ötən il
uğurla sınaqdan keçirilib.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti