İnadkar Putin Kiyevə yeni hücum dalğası başlatdı - Paytaxt “İsgəndər”lə vuruldu - VİDEO

  • 28 fev 2022, 21:25
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirir ki, çoxsaylı itkilərə baxmayaraq Rusiya qoşunları əsas hədəfdən-Kiyevi ələ keçirmək niyyətindən əl çəkmir.  
“Çoxsaylı itkilərə və hücum tempinin ayrı-ayrı istiqamətlərdə aşağı düşməsinə baxmayaraq düşmən öz əsas hədəfindən-Kiyev üzərində nəzarəti ələ almaq niyyətindən əl çəkmir. Paytaxtı qoruyan qüvvələr tərəfindən düşmənə qarşı cavab tədbirləri görülür”, - məlumatda deyilir.
Bildirilir ki, Kiyev ətrafındakı Polesye rayonunda Rusiya ordusu ciddi itkilər verib və bu itkilərin yerini hava-desant qoşunları ilə doldurmaq istəyir. Şimal istiqamətində ruslar qüvvələri yenidən qruplaşdırıb başa çatdırıblar və Çerniqov-Kiyev xətti üzrə hücuma davam etməyə cəhd edirlər. Rusların üç batalyon-taktiki qruplaşması Xomutovka, Qluxov və Baturin rayonlarında dayandırılıb.




Rusiyanın Şimal donanmasının 14-cü ordu korpusunun motoatıcı bölmələri Sum-Axtırka-Poltava xəttində çoxsaylı itkilər verib və hücum potensialını itirib. Slabojansk istiqamətində rusların hücumu dayandırılıb. Donetsk vilayətində 1-ci və 2-ci ordu korpusları hücumu davam etdirməyə cəhd göstərir. “İşğalçıların Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq planları baş tutmayıb”, - məlumatda deyilir.
Tavriya istiqamətində isə ruslar qüvvələri yenidən qruplaşdıraraq Nikolayev şəhərinə hücuma yenidən cəhd edirlər, eyni zamanda Mariupol şəhərinə dənizdən desant çıxarmaq cəhdlərinə ara vermirlər.  Ukrayna ordusu Azov və Qara dəniz sahili boyu müqaviməti davam etdirir. Ukraynanın Hərbi Hava Qüvvələri havadan qoşunların əməliyyat qruplaşmalarına dəstək verir./virtualaz.org/

Pripyatda danışıqların ardınca Rusiya ordusu “İsgəndər” raketləri ilə də Kiyevə zərbə endirib. Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
Oxşar xəbərlər