AMİ-nin sabiq direktoru xəstəxanalıq oldu

  • 23 fev 2017, 12:19

Gəncə Ağır Cinayətlər Məhkəməsində Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, hakim Zabil Qasımovun icraatında olan prosesdə R.Məmmədovun səhhətində problem olduğu üçün məhkəməyə gətirilmədiyi bəlli olub. Bildirilib ki, ötən prosesdən sonra ürək xəstəliyindən əziyyət çəkən sabiq direktorun şəkəri qalxıb və o, xəstəxanaya yerləşdirilib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Müəllimlər İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində sabiq rektor, millət vəkili Aqiyə Naxçıvanlının imzası olub. A.Naxçıvanlı uzun illərdir institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olduğunu və buna görə də dəfələrlə daxili yoxlamalar aparıldığını etiraf edib. Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub. Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (külli miqdarda dələduzluq) maddələri ilə təqsirləndirilir.

Oxşar xəbərlər