Emin Usubov generalın yerinə təyin edildi

  • 22 fev 2017, 12:37

Daxili işlər nazirinin əmri ilə Təhqiqat İdarəsinin rəisi, İstintaq və Təhqiqat İdarəsinin rəis müavini polkovnik Emin Usubov İstintaq və Təhqiqat İdarəsinin rəisi təyin olunub.

"Salamnyus"-a istinadən xəbər verir ki, bir neçə gün öncə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Emil Usubov Daxili İşlər naziri Ramil Usubovun böyük oğludur.

Demokratik.Az

Oxşar xəbərlər