Xəbər lenti
Bütün xəbərlər

Ramil Usubov generalı təqaüdə göndərdi

  • 19 fev 2017, 00:17
Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. 

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

DİN-dən  faktı təsdiqləyiblər.
Oxşar xəbərlər