Sarkisyanı çətin durumda

  • 25 yan 2017, 09:13
Ermənistanın hakim Respublika partiyasının sədr müavini, keçmiş baş nazir Ovik Abramyan partiyadan istefa verib.

AzVision.az
 erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Abramyan özü məlumat verib. O, partiyadan çıxmaq qərarına gəldiyini, bununla bağlı sabah geniş açıqlama verəcəyini deyib.

Məlumata görə, eks-baş nazir bu ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar partiyadan istefa verib. Onun hakimiyyət əleyhinə qurulan seçki blokuna qatılacağı istisna edilmir. 

Qeyd edək ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və sabiq xarici işlər naziri Vardan Oskanyan parlament seçkilərinə blok şəklində getmək qərarına gəliblər. Seçki blokuna müxalifətdə olan "Milli özünütəyinetmə" birliyi, "Üçüncü respublika" və "Demokrat" partiyaları daxildir.

Bloka keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq edəcəyi gözlənilir.

 

Demokratik.Az

Oxşar xəbərlər