Ermənistanın yeni baş naziri-Kaarapetyan...

  • 09 sen 2016, 00:26
Ermənistanın hakim Respublika Partiyası Yerevanın keçmiş meri Karen Karapetyanın baş nazir postuna namizədliyini təsdiqləyib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Artak Zakaryan məlumat verib.

A.Zakaryan onu da deyib ki, bu iclasın gündəliyində yeganə məsələ, Karen Karapetyan isə yeganə namizəd olub və o, iclasda iştirak edib. .

Xatırladaq ki, əvvəlki baş nazir Ovik Abramyan bu gün hökumətin iclasında istefa qərarını açıqlamışdı.
 
Demokratik.Az
Oxşar xəbərlər