Ohanyanın arvadının müşavirlik məsələsi həll edilmədi

  • 16 okt 2016, 16:03

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan işdən azad edildikdən sonra həyat yoldaşı Ruzanna Xaçatryan məzuniyyətə çixıb və hələ ki iş yerinə qayıtmayıb.

 

Report xəbər verir ki, onun əvvəlki iş yerinə qayıdacağı məlum deyil.

 

İnfromasiyaya görə, ölkənin yeni səhiyyə naziri Levon Altunyan deyib ki, o, özündən əvvəlki nazir Armen Muradyanın müşavirlərinin işdən azad edilməsi tələbini irəli sürməyib.

 

Məlumatda bidlririlib ki, keçmiş müdafiə nazirinin həyat yoldaşı sabiq səhiyyə nazirinin müşaviri işləsə də, əsasən, başçılıq etdiyi "Erməni hərbi həkimləri assosiasiyası" ictimai birliyinin işləri ilə məşğul olub.

 

Alytunyan keçmiş nazirin müşavirini vəzifədən çıxarmaq niyyətində olmadığnı söyləsə də, bunları da vurğulayıb: "Müşavirlərim işə gəlməyib, başqa məsələlərlə məşğul ola bilməz".


Xəbərə görə, Ermənistan səhiyyə nazirinin 4 müşaviri var.

 

Demokratik.Az

Oxşar xəbərlər