Sərkisyan hakim koalisiyanı pozur ?

  • 25 sen 2016, 19:38
Ermərnistanda baş nazirin dəyişməsindən sonra hakim iqtidar içərsində daxili çəkişmə artıq su üzünə çıxır.

Erməni mətbuatının yazdığına görə, yeni baş nazirin kabinetin bəzi üzvləri ilə işləmək niyyəti yoxdur.

Lakin nədənsə baş nazirin kabinet içərisində gözdən çıxardığı iki nazir Respublika-Daşnaksütyun koalisiyasının ikinci qanadına məxsus şəxslərdir.

Belə ki, Karapetyan kabnietinin elə 1-ci iclasındaca iqtisadiyyat naziri Artsvik Minasyna və təhsil naziri Levon Mkrtçyana bərk təpinib.

Erməni mətbuatı bu iclasdan sonra Artsvik Minasyanın vəzifəsindən istefa verdiyini bəyan etsə də sonuncu keçirdiyi mətbuat konfransında bununla bağlı çıxan xəbərləri təkzib edib. 

Daşnaksütyun fraksiyasının rəhbəri Armen Rüstəmyan isə koalisiyanın hələ də davam etdiyni söyləyib.

Erməni mətbuatı bundan sonra Daşnaksütyun və Respublika partiyaları arasında ittifaqın de-yure davam etdiyini söyləsə də, faktiki olaraq pozulduğunu yazır.

"Daşnaksütyuna verilən 3 nazir postu əvvəllər siyasi xarakter daşıyırdısa, indi daha çox minnətlə verilmiş vəzifələrə bənzəyir”, - deyə Akop Badalyan qeyd edir.

Ermənistan KİV-i bütün bu proseslərin Sərkisyanın nəzarəti altında baş verdiyini bildirir. 


Mətbuat Sərkisyanın hakim Respublika partiyasında da eyni dəyişiklikləri aparmaq istədiyini yazır.

Analitiklər yeni təyin olunan nazirlərin bəzilərinin hakim partiya ilə təşkilati bağlılıqlarının olmadığına da diqqət çəkirlər.

Doğrudur, erməni təhlilçiləri bununla əlaqədar müxtəlif versiyalar irəli sürürlər.

Ermənistanda özünü qərbyönümlü adlandıran KİV-ləri isə Sərkisyanın hətta Respublika partiyası ilə də açıq toqquşmaya getdiyini bildirir.

 "Sərkisyan bu toqquşmaya  şübhəsiz ki, dövlətin və ya millətin qeydinə qalmaq xətrinə getmir.  Burada əsasən özəl maraqlardan söhbət gedə bilər”, - deyə Lragir saytı yazır.

 Bu səbəbdən Ermənistanda yeni hakim partiyanın qurulacağı belə istisna olunmur. "Köhnə nomenklaturaya isə ya könüllü şəkildə çıxıb getmək, ya da heç olmasa üzlərinə maska çəkmək təklif olunur” deyə Naira Ayrumyan yazaraq davam edir:

"Lakin Ermənistan mühitində yaşayan hər kəs bilir ki, könüllü şəkildə dövlət vəzifələrindən əl çəkmək şəxsi təhlükəsizliyə verilən təminatdan məhrum olmaq deməkdir və olduqca risqlidir”.

Hər halda Serj Sərkisyanın artıq partiyadakı (Respublika-red.) nomenklatura ilə aranı açdığı barədə mətbuatda söz söhbət artıq gedir.

Erməni mətbuatı bununla əlaqədar hər yeni nazirin  təyinatından da müxtəlif mənalar çıxarır. Belə ki, Ermənistanın yeni səhiyyə nazirinin "İngo Armeniya” şirkətinin icraçı direktoru Levon Altunyan olacağı barədə xəbərlər çıxıb. Onun Karen Karapetyanın uşaqlıq dostu olduğu və yanında böyük etibara sahib olduğu söylənilir.

Ermənistan mətbuatı Levon Altunyanın ixitsasca həkim –anestezioloq olduğuna diqqət çəkərək bunun təsadüfi olmdığını yazır . Çünki anestezioloqun ilk vəzifəsi əməliyyatın ağrısız keçməsini təmin etməkdir. Mətbuat iqtidarda baş verən dəyişikliklərə rişxənd edərək hakimiyyət dəyişilikyinin ağrısız-bəlasız keçməsi üçün Altunyanın dəvət edildiyini yazır.

Oxşar xəbərlər