Eldar Mahmudovun daha bir qohumu işdən çıxarıldı

  • 02 yan 2016, 10:29

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.


Onun yerinə əvvəllər "Strong Farm" şirkətinin direktoru olmuş Sadıx Əliyev təyin edilib. O da bildirilib ki, S. Əliyev daha əvvəl "EvroMed” şirkətində Beynəlxalq əlaqələr üzrə direktor müavini işləyib. Xatırladaq ki, prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


 

Səhiyyə Nazirliyi

Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb. Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.

 

Eldar Mahmudov - keçmiş milli təhlükəsizlik naziri

Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin bir neçə vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.Bu il dekabrın 14-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib və onun əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Oxşar xəbərlər