Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Türkiyədə "general ovu" davam edir
Türkiyədə "general ovu" davam edir
- 26 sen 2016, 08:36
Türkiyədə FETÖ (Fətullahçı terror təşkilatı) istintaqı ilə şübhəli şəxs kimi saxlanılıb şərti azadlığa buraxılan keçmiş Vaşinqton Silahlı Qüvvələrinin attaşesi, general Yavuz Çelik məhkəmə qarşısına çıxarılıb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, o, məhkəmənin qərarı ilə həbs edilib.
Qeyd edək ki, FETÖ-nün iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra ölkənin silahlı qüvvələrindən xaric edilmiş Yavuz Çelik Ankara Cümhuriyyəti Baş Prokurorluğu tərəfindən aparılmış istintaq zamanı sərbəst buraxılmışdı.
Yenidən məhkəməyə çağırılan Çelik məhkəmədə prokurorun qaldırdığı iddianın təsdiq edilməsindən sonra məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Report.az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Gülənin "sağ əli" də həbs olundu
Türkiyədə daha 100 nəfər həbs olundu
Türkiyədə daha 13 prokuror həbs edildi
Türkiyədə həbs dalğası generalitetə də sıçradı
330 jurnalistin "sarı kart"ı ləğv edildi-Türkiyədə
Sabiq deputata görə 6 iş adamı azadlığa buraxıldı
"Nurçu"lideri barədə həbs qərarı verildi
Türkiyədə dövlət çevrilişi necə başlandı, Ankarada düyməni kim basdı?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti