Demokratik TV
Türkiyədə dövlət çevrilişi necə başlandı, Ankarada düyməni kim basdı?
Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı Axın Öztürk ilə kürəkəni polkovnik -leytenant Hakan Karakuş tərəfindən hazırlandığı üzə çıxıb.

Ötən il Fəttullahçı Terror Təşkilatı ilə (FETÖ) əlaqələri olduğu iddia edilən Axın Öztürkün çevriliş edə biləcək potensiala malik olduğu bir qrup zabit tərəfindən Türkiyə Ordusunun Baş Qərargahı rəhbərliyinə bildirilib.
Türk Silahlı Qüvvələrinin dövlətdən təmizlənməyə başlanan FETÖ ilə əlaqələrə malik general və admiraldan yaxın günlərdə təmizlənəcəkdi. Bunun üçün yaxın vaxtlarda keçiriləcək Ali Hərbi Şurada pensiya vaxtı çatan Öztürkün və Quru Qoşunları Təlim və Təhsil mərkəzinin komandiri General-leytenant Mətin İyidilin təqaüdə göndəriləcəyi bildirilirdi. Buna görə də hər iki generalın düyməni basdığı qeyd olunur. Dövlət çevrilişi baş tutsaydı Akın Öztürk Türkiyə ordusunun Baş Qərərgah rəisi olacaqdı.
ÇEVRİLİŞ GECƏSİ TOY VARDI
Dünən gecə İstanbulda Türkiyə ordusunun Hava Qüvvələrinin Raketlərdən Müdafiə bölməsinin komandanı general-polkovnik İlhan Şanverin qızının toyu idi. Moda Dəniz klubundakı toya bütün Hava Qüvvələrinin yüksək səviyyəli komandirləri çağırılmışdı. Başda Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal olmaqla bütün generallar və yüksək səviyyəli komandirlər İstanbula gəlmişdi. Toya qatılmayan yeganə komandir isə ordu generalı Axın Öztürk idi.
ANKARADA DÜYMƏYƏ BASILIB
Ordu generalı Axın Öztürk, dünən gecə TÜrkiyə vaxtı ilə 22.00-da Ankara Akıncı 4-ci Əsas Təyyarə Bazası Komandanlığından F-16-ların qaldırılması ilə əməliyyat üçün düyməyə basıb. Əməliyyat, Öztürkün kürəkəni hava pilot qərargahı polkovnik -leytenantı Hakan Karakuşun komandiri olduğu Akıncı Bazasındakı 141-ci flodan başlayıb.
Polkovnik-leytenant Karakuş, iki il öncə Ankara Küveytli diplomatlarla dava etmiş və davada döyülməsi ilə gündəmə gəlmişdi.
TANKER TƏYYARƏLƏR GÖNDƏRİLİB
F-16-ların uzun müddət havada qala bilməsi üçün İncirlik Hərbi Hava Bazasından KC135R tipli iki tanker təyyarə göndərilib. Bu təyyarələr əvvəlcə Ankarada, sonra da İstanbulda F-16-ların saatlarla havada qalmasını təmin edib.
TOYDAKI GENERALLAR GİROV GÖTÜRÜLÜB
General-polkovnik İlhan Şanverin qızının Modadakı toyunnun keçirildiyi yerə bir Sikorsky S-70 tipi helikopter enib. Hava Qüvvələri Komandanı, ordu generalı Abidin Ünal başda olmaqla bütün komandir heyəti vertolyota mindirilərək naməlum bir yerə aparılıb. Bununla da Hərbi hava Qüvvələrinin yüksək səviyyəli qrupunun qiyamçılar tərəfindən qaçırılması, baza və donanmaların sürətli reaksiya verməsinin qarşısını alıb.
HƏRBİ AVİASİYADAN ÇEVRİLİŞ CƏHDİNƏ DƏSTƏK
Çevriliş cəhdinə Hərbi Hava Qüvvələrindən Ankara Akıncı 4-ci Əsas Təyyarə Bazası, İncirlikdəki 10-ci Tanker Bazası Komandanlığı ilə yanaşı, Ankaradalı hərbi və jandarm aviasiya qüvvələrindən də dəstək verildiyi bildirilir. Sikorsky S-70-lərlə yanaşı, Ankarada AH-1 Cobra vertolyotlarının da havaya qalxdığı və müxtəlif bölgələrdə atəş açdığı müəyyənləşib.
Bu proseslədən sonra, Hava Qüvvələrinin hökumətin nəzarətindəki hərbi bazalarından qiyamçıları zərərsizləşdirmək üçün, bütün f-16-lar havaya qaldırılıb. Prezident Ərdoğanın "vur "əmri verdiyi də bildirilir. Bir S-70 vertolyotu isə Hava Qüvvələrinə məxsus F-16 tərəfindən vurulub.
ƏRDOĞANI QORUYAN F-16-LAR QİYAMÇILARIN TƏYYARƏLƏRİNİ QOVDU
Prezident Ərdoğan Dalamandan VIP təyyarəsinə minərək, İstanbul Atatürk Hava Limanına doğru hərəkət edib. Bir saata yaxın Biga səmalarında gözləyən təyyarələni F-16lar müşayiət edib. Təyyarənin İstanbul Atatürk Hava Limanına enməsindən sonra, qiyamçıların ələ keçirdiyi F-16-lar Bandamdan qalxan F-16-lar tərəfindən qovulub.
Ərdoğanın təyyarəsi endikdən sonra, qiyamçıların ələ keçirdikləri iki F-16 təyyarəsi Atatürk Hava Limanı üzərindən səs sürətini aşaraq çox alçaqdan uçub. Bəzi obyektlərin şüşələri sınıb. Bu zaman təyyarələrin İstanbul hava məkanında KC135R tanker təyyarələrindən yanacaqdoldurduqları məlum olub.
Bütün baş verən olaylardan sonra, qiyamçı pilotların istifadə etdiyi F-16-lar və tanker təyyarələr pilotları , yerdən dəstək verən qruplarla birlikdə həbs olunub.
Demokratik.Az
