Türkiyədə daha 13 prokuror həbs edildi

  • 30 avq 2016, 20:12
Türkiyədə FETÖ şəbəkəsinin qiyam cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində saxlanılan hakim və prokurorlardan daha 13-ü həbs edilib.

Xüsusi nəzarətdə olan 15 dövlət işçisi polisdə ifadələri alındıqdan sonra Cümhuriyyət Baş Prokurorluğuna göndərilib.

Məlumata görə, oradan da Sülh Cəza Məhkəməsinə aparılan şübhəlilərdən 13-ü haqqında həbs qərarı verilib.

Qeyd edək ki, sözügedən şəxlər FETÖ/PYD üzvü olmaq və konstitusion quruluşu zorla dəyişdirmək maddələri ilə təqsirli biliniblər.

axar.az
Oxşar xəbərlər