Ağstafa rayonunun adı niyə “Ağtafa” yazıldı? – Açıqlama

  • 31 iyul 2019, 14:15

Ağstafa rayonunun girişində rayonun adı "Ağtafa” yazıldı.

Bu barədə sosial şəbəkələrdə fotoşəkil yayılıb. Yayılan şəkillərdə isə rayonunun adında "s” hərfinin yazılmadığı, rayonun adının "Ağtafa” yazıldığı öz əksini tapıb. Fotoşəkillə birlikdə yayılan məlumatda bildirilir ki, rayonun adının bu cür yazılması icra başçının tapşırığı əsasında həyata keçirilib.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən rayon icra hakimiyyəti başçısının müavini bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir, hazırda orada təmir işləri gedir:

"Yayılan məlumat tamamilə yalandır. Hazırda təmir işləri gedir, bizim işçilərimiz işləyirlər. Sadıcı olaraq görünüş olaraq bir neçə hərf asılıb ki, baxılsın ki, necə görünür. Şəkildə də açıq-aydın "S” hərfi fəhlənin əlindədir. O hərflərin içərisinə işıq yerləşdirilir. Nümunə olaraq asılıb sadəcə. Təmir işləri yekunlaşmayıb. Mən sizə fotoşəkillər təqdim edəcəm, özünüz baxın ki, hər şey öz qaydasındadır”.

Oxşar xəbərlər