4 rayonun icra başçısı yerlərini dəyişdi - SƏRƏNCAMLAR

  • 06 apr 2019, 17:41

Prezident İlham Əliyev bir neçə rayonun icra başçısının eyni vəzifəyə təyinat yerlərini dəyişib.

Demokratik.Az bildirir ki, Prezidentin ard-arda sərəncamı ilə Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyev Ağstafa rayonuna icra başçısı təyin edilib.

Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev isə Goranboy rayonuna icra başçısı göndərilib.

Prezidentin digər sərəncamları ilə Şabran rayonunun icra başçısı Novruz Novruzov və Siyəzən rayonunun icra başçısı Asif Hüseynov tutduqları vəzifədən azad edilib. 

Ölkə başçısının digər sərəncamı ilə Novruz Novruzov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Asif Hüseynov isə Şabran rayonuna icra başçısı göndərilib. 

Oxşar xəbərlər