ADAU-nun sürücülük vəsiqəsi almış bir qrup tələbəsi taxıl biçini kampaniyasına qoşulub!

  • 18 iyul 2017, 20:16

ADAU-nun sürücülük vəsiqəsi almış bir qrup tələbəsi taxıl biçini kampaniyasına qoşulub!

Azərbaycan Dövlət Aqrar Universitetində traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrdən bir qrupu "Paşa Holdinq MMC”-nın Samux rayonunun ərazisində yerləşən taxılçılıq təsərrüfatlarına göndərilib. Burada məqsəd taxıl biçini prosesində yaxından iştirak etməklə universitetdə əldə olunmuş praktik bilik və bacarqıların möhkəmləndirilməsi, istehsalatda tətbiq olunan yeni texnika və texnologiyaların mənimsənilməsidir. Tələbələri yola salınmasında iştirak edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yay tətili dövrü olmasına baxmayaraq könüllü tələbələrdən ibarət qrupların təşkili və respublikanın müxtəlif istiqamətli təsərrüfatlarına göndərilməsi, texnoloji proseslərin hər bir mərhələsi ilə yaxından tanışlıq günün ən vacib tələbələrindən biri olduğunu qeyd etməklə tələbələrə işlərində uğurlar arzulamış, istehsalatda tətbiq olunan ən son texnologiyaları dərindən mənimsəməyi tövsiyə etmişdir.
Məlumat üçün bildiririk ki, universitetdə təşkil olunan sürücülük hazırlığı kursu uzrə ilkin olaraq 120 tələbə iki ay müddətində tədris prosesi keçib, 70 nəfər təhsil müəssisəsi tərəfindən sertifikat alıb. Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən təşkil olnanan test imtahanında 58 tələbə müvəffəq qiymət alaraq sürücülük vəsiqəsi qazanıb.



 

 

 

Oxşar xəbərlər