Bu günahı edəndə İblis insan üzərində tam qələbə çalır…

  • 04 iyul 2017, 10:40

İblis Musa peyğəmbərlə görüşüb ona nə dedi?

Bir dəfə Musa peyğəmbər insanların əhatəsində əyləşib onlarla söhbət edirdi. Birdən ona başında rəngbərəng, güllü-çiçəkli papaq olan bir məxluq yaxınlaşdı. O, üzünü Peyğəmbərə tutaraq ədəb-ərkanla papağını çıxardı və onu salamladı.
Musa peyğəmbər soruşdu:
-Sən kimsən?
-Mən İblisəm!-deyə məxluq cavab verdi.
-Bəs nə üçün təşrif buyurmusan?
-Mən sənin Allah qarşısında ali mövqeyindən xəbərdaram. Ona görə də səni görmək və salamlamaq qərarına gəldim.
-Bəs başındakı nə örtükdür elə?
-Bununla mən Adəm nəslinin qəlbini azdırıram.
-O zaman de görək, insanın etdiyi hansı günah sənin onun üzərindəki qələbəni göstərir.
İblis  Peyğəmbərin bu sualına belə cavab verdi:
-Mən insan üzərində o zaman qalib oluram ki, o,  etdiyi xeyir əməllərə  görə özü-özündən həzz alır və öz günahlarını unudur...
Sultan Laçın

Oxşar xəbərlər