Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Musa Pənahovu "İnterpol" axtarır?
Musa Pənahovu "İnterpol" axtarır?
- 15 mart 2017, 11:11
Son günlər sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun müavinləri olan Arif Əsgərovla Musa Pənahov haqqında müxtəlif məlumatlar tirajlanır. Qafqaznews.az bildirir ki, bu günlərdə sabiq nazir müavini Musa Pənahovun ölkəni tərk etməsi və hətta beynəlxalq axtarışa verilməsi barədə məlumatlar yayıldı. Bu barədə hətta Musa Pənahovun haqqında olan "Vikipediya” səhifəsində də qeyd olunub. Biz məlumatı dəqiqləşdirmək üçün, martın 14-də gün ərzində dəfələrlə "İnterpol”un Bakı bürosuna zəng etdik.
Nəhayət ki, bizi baş leytenant Tofiq Seyfullayevlə əlaqələndirdilər. "Mən sizə bu barədə məlumat verə bilmərəm, ancaq yazılı sorğu göndərin”, – deyə büro əməkdaşı bildirdi. "Jurnalistlərin şifahi sorğu vermək hüququ da var, mən sizdən sadəcə informasiyanı təsdiq və ya təkzib etməyi xahiş edirəm. Əgər dezinformasiyadırsa, deyin ki, belə məlumat yoxdur”, – deyə jurnalistimiz qeyd etdi.
"Mən sizə heç nə deyə bilmərəm. DİN mətbuat xidmətinə müraciət edin”, – deyə Tofiq Seyfullayev təkrarladı. "Dövlət sirridir?”, – deyə maraqlandıq. "Dövlət sirri olmasa da, idarə daxilində olan işdir. Rəhbərliklə məsləhətləşim, sizlə əlaqə saxlayaram”, – deyə həmsöhbətimiz söz verdi.

Lakin gün ərzində "İnterpol”dan heç kim bizə zəng etmədi. DİN mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə də məsələdən məlumatsız olduğunu bildirdi .
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Sabiq nazir müavini Musa Pənahovun və oğlunun biznes imperiyası
Musa Pənahov niyə vurnuxur? “Ya yenidən nazir müavini olaram, ya da ölkədən gedərəm”
İnterpol Xodorkovskini axtarmaqdan imtina etdi
Elmar Vəliyev Rəsulazadənin Gəncədəki büstünə münasibət bildirdi
Ziya Məmmədov Baş Nazirin müavini təyin oluna bilər
Dövlət qurumlarının saytlarında yerləşdirilən –“Yalançı” nömrələr
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti