Demokratik TV
Xəbər lenti
İnterpol Xodorkovskini axtarmaqdan imtina etdi
- 14 fev 2016, 15:56
İnterpol Rusiyanın YUKOS-un keçmiş rəhbəri Mixail Xodorkovskini beynəlxalq axtarışa vermək tələbini rədd edib. Bu barədə qurumun Liondakı mənzil-qərərgahından məlumat verilib.
Xodorkovskinin beynəlxalq axtarışa verilməsi ilə bağlı sorgu İnterpolun Moskvadakı Mərkəzi Bürosundan göndərilib.
Sorğuya baxılandan sonra İnterpolun Baş Katibliyi müəyyən edib ki, tələb təşkilatın qaydalarına cavab vermir. Bununla əlaqədar olaraq İnterpolun Moskvadakı Mərkəzi Bürosu bildirilib ki, İnterpol kanalları beynəlxalq polis əməkdaşlığına cəlb edilə bilməz.
Sorğunun nə səbəbdən qəbul edilmədiyi ilə bağlı suala cavab verərkən mərkəzi qərərgahdan bildiriblər ki, təşkilatın nizamnaməsinə əsasən, siyasi, hərbi, dini və irqi hərəkət edə bilməz.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti