Azərbaycanlı çempion Türkiyədə güllələndi

  • 16 may 2017, 07:53

Türkiyənin Kastamonu şəhərində silahlı insident baş verib.

Bu barədə BakiPost.az xəbər verib. Məlumata görə, şəhərin bələdiyyə sədri Tahsin Babaş silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Güllələnənlər arasında Azərbaycanın kikboks üzrə Avropa çempionu Eldar Əlizadə də var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, reanimasiyaya yerləşdiriliblər.

Qeyd edək ki, Eldar Əlizadə Türkiyədə yaşayır, orada ali təhsil alır.

Demokratik.Az

Oxşar xəbərlər