İstanbulda atışma - 3 yaralı

  • 30 mar 2017, 08:02

Türkiyənin İstanbul şəhərində silahlı qarşıdurma baş verib.

Məlumata görə, atışmada 3 nəfər yaralanıb. Hadisə Esenyurt rayonunun Örnek məhəlləsində baş verib. Verilən məlumata əsasən, iki qrup arasında naməlum səbəblərdən atışma baş verib, nəticədə 3 nəfər güllə yarası alıb.

Hadisə yerinə çox sayda polis və təcili yardım işçiləri çağırılıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır. Polis araşdırmaları davam etdirir.

 

Demokratik.Az

Oxşar xəbərlər