Ərdoğandan Almaniyaya: İstəsəm, günü sabah...

  • 06 mart 2017, 08:43

Mən istəsəm, Almaniyaya gələrəm. Əgər ölkəyə girişə icazə verməsəniz, yaxud çıxışıma qadağa qoysanız, dünyanı ayağa qaldıraram.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

"Mən nasizmin Almaniyada bitdiyini düşünürdüm. Amma hələ də davam edirmiş. İndi də baxırıq digər Avropa ölkəsinin də naziri türk nazirlərin AB-də çıxışının qadağan edilməsini təklif edir. Ay yazıq! Bunlar öz iradələri ilə hərəkət etmirlər. Bunlar elə düşünürdülər ki, Ərdoğan Almaniyaya gələcək. Mən istəsəm, sabah gələrəm. Qapıdan buraxmadığınız, yaxud çıxışıma icazə verilmədiyi təqdirdə dünyanı ayağa qaldıraram”.

Qeyd edək ki, Almaniyada türk nazirlərin çıxışı qadağan edildikdən sonra Avstriya Baş naziri Kristian Kern Türkiyə siyasətçilərinin tədbirlərinin Avropa Birliyi miqyasında qadağan edilməsini təklif edib.

Oxşar xəbərlər