Türkiyədə gözlənilən izdihamlı mitinq başlayıb

  • 07 avq 2016, 20:48

İstanbuldakı Yeniqapı meydanında milyonlarla insanın qatıldığı demokratiya və şəhidlər mitinqi başlayıb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, demokratiya və şəhidlər mitinqi Türkiyə Silahlı Qüvvələrinin mehtər bölümünün çıxışı ilə başlayıb. Mitinqdə 15 iyul qaziləri, Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Bahçeli, CHP sədri Kamal Kılıçdaroğlu, baş nazir Binali Yıldırım, TBMM sədri İsmayıl Qəhrəman və son olaraq prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı nəzərdə tutulub.

 

Mitinq iştirakçılarının sayının 3,5 milyon nəfərə çatdığı ehtimal edilir. Meydanda Türkiyə bayrağı ilə bərabər Azərbaycan bayrağı da dalğalandırılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı mitinq meydanına gəliblər. Bu, iştirakçılarının sayına görə Türkiyə tarixində ən böyük mitinqdir. Mitinqdə iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin xatirəsi anılacaq, İstiqlal Marşı oxunacaq. Sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı çıxış edəcək, həmrəylik mesajları veriləcək.

 

Qeyd edək ki, bu gün, İstanbulla yanaşı, Türkiyənin 80 vilayətində də demokratiyaya və dövlətə dəstək mitinqləri keçirilir.

 


Oxşar xəbərlər