Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

23:33 - 22.10.2019  
İlham Əliyevin Münhen mesajları - siyasi tezislər
Tarix: 21-02-2017, 08:52 | Bölmə: Xəbərlər » Siyasət

İlham Əliyevin Münhen mesajları"Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında həm ikitərəfli formatda vacib görüşlər keçirdi, həm də panel-müzakirələrdə çox mühüm tezislərlə çıxış etdi. Prezidentin çıxışları ilk növbədə Azərbaycanı narahat edən fundamental məsələlərlə bağlı idi”.   Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib. O bildirib ki, Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın qazandığı uğurların, Azərbaycanın potensialının təqdimatı baxımından çox mühüm bir tədbir olub: "Cənab prezident hər zaman olduğu kimi, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ probleminin mahiyyəti, Ermənistanın təcavüzkar siyasətinin nəticələri haqqında Münhen Təhlükəsizlik Konfransının tribunasından beynəlxalq ictimaiyyətə çox mühüm mesajlar ünvanladı. Bir daha beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı ki, münaqişənin həlli ilə bağlı qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 4 vacib qətnaməsi icra olunmur. Halbuki əksər hallarda BMT qətnamələrinin bir neçə saat sonra icrasına başlanır. Azərbaycan prezidenti İlham Əliyev ikili standartlar məsələsini xüsusilə vurğuladı. Cənab prezidentin çıxışında ən çox diqqəti cəlb edən məsələlərdən biri də, heç şübhəsiz, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, Azərbaycana etibarlı tərəfdaş kimi yanaşılması və bunun nəticəsində Azərbaycanın bir çox hallarda dövlətlər arasında pozulmuş münasibətlərin bərpası istiqamətində əldə etdiyi nəticələrdir. Bu nöqteyi-nəzərdən məhz cənab prezident xüsusi qeyd etdi ki, Azərbaycan dövlətinin, birbaşa cənab prezidentin özünün və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səyləri nəticəsində Türkiyə - Rusiya münasibətlərinin bərpası mümkün oldu və iki dövlətin pozulmuş münasibətlərinin bərpasına bu vasitəçilik missiyası öz töhfəsini verdi, əlaqələr bərpa olundu və bu gün də inkişaf tempinə malikdir”. 

Elman Nəsirov: «Prezidentin bəyanatları Azərbaycana olan etimadın daha da yüksəlməsinə xidmət göstərdi»

Millət vəkilinin sözlərinə görə, Münhen Təhlükəsizlik Konfransında panel-müzakirələr çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford arasında Bakıda keçirilmiş görüşün çox vacib məqamlarına da aydınlıq gətirib: "Cənab prezident qeyd etdi ki, biz bu görüşün yerini təklif etməmişdik. Məhz bu iki fövqəldövlətin hərbi rəhbərliyi belə bir qərar qəbul edib. Yəqin ki, bu qərarın qəbul edilməsində Azərbaycanın dünyada artan nüfuzu, çəkisi rol oynayıb. Eyni zamanda, Azərbaycan prezidenti dedi ki, Azərbaycan nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə də NATO-nun üzvüdür, Azərbaycan müstəqil xarici siyasət və müstəqil xarici hərbi siyasət həyata keçirir. Azərbaycanın balanslı, çevik, tarazlaşdırılmış, çoxvektorlu xarici siyasət kursu həyata keçirməsi dünyanın iki nəhəng dövlətinin yüksək rütbəli hərbçilərinin bir araya gəlməsini şərtləndirən həlledici amilə çevrilib. Generallar arasında sonuncu dəfə bu səviyyədə görüş 2014-cü ilin yanvar ayında Brüsseldə keçirilmişdi. O vaxtdan indiyə qədər heç bir Avropa şəhərində və yaxud Vaşinqtonda, Moskvada belə bir görüşün keçirilməsi mümkün olmamışdı. Görüş üçün məkan kimi Azərbaycanın seçilməsinin geosiyasi, rəmzi mənası var. Bu görüş Azərbaycana olan diqqətin və hörmətin birbaşa təzahürüdür. Bütövlükdə Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı, orada səsləndirdiyi bəyanatlar Azərbaycanın beynəlxalq sülhə, təhlükəsizliyə töhfə verdiyinin növbəti dəfə təsdiqi oldu və Azərbaycana olan etimadın daha da yüksəlməsinə xidmət göstərdi”. 

Musa Qasımlı: «Azərbaycan dövləti ərazilərinin bir qarışını da işğalçıya güzəştə getməyəcək»

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, Milli Məclisin üzvü Musa Qasımlı APA-ya bildirib ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təcavüzkar Ermənistana təzyiqlər etməsi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin sözsüz yerinə yetirilməsi, dövlətlərin sərhədlərinin zor gücünə dəyişdirilməsinə yol verilməməsinə dair verdiyi bəyanat Azərbaycan dövlətinin və millətin mövqeyinin bir daha açıq-aydın və qətiyyətlə ifadə edilməsidir: "Böyük əhəmiyyət daşıyan bu bəyanat bir daha göstərir ki, Azərbaycan dövləti ərazilərinin bir qarışını da işğalçıya güzəştə getməyəcək və müvafiq ölkələr nizamasalma səylərində fəal olmalıdırlar. Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı məsələyə də aydınlıq gətirdi. Regionun iki böyük dövləti olan Rusiya və Türkiyə arasında Azərbaycan daim etibarlı körpü olub, indi də belədir. Rus-türk münasibətlərinin normallaşdırılmasında cənab prezidentin xüsusi rol oynadığı bəllidir. Bu ölkələr arasında normal münasibətlərin mövcud olması həm onların özlərinə, həm də regiona və dünyaya faydalıdır. Cənab prezident bu fəaliyyəti ilə rus-türk münasibətlərini soyuqlaşdırmağa, onlar arasında düşmənçilik yaratmağa çalışan Ermənistanın niyyətini də boşa çıxardı”. 

Elxan Şahinoğlu: «Torpaqlar boşaldılmadan atəşkəsin ömrü uzun olmayacaq”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətindən narazılığını ifadə edib: "Prezidentə Rusiya ilə bağlı da sual verilmişdi. Prezidentin cavabı faktiki bundan ibarət idi ki, əgər Rusiya istəsə, Ermənistan hakimiyyətinə təsir edərək bu prosesi sürətləndirə bilər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov da demişdi. Çünki son vaxtlar Rusiya açıq-aşkar Ermənistana dəstək verir və bunu artıq gizlətmir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işlərinə aid məsələ olmadığını”, habelə "Dağlıq Qarabağ ətrafında rayonların boşaldılması Qarabağın statusunun müzakirə olunmasına paralel getməlidir” kimi fikirləri Azərbaycanın maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı panel-müzakirələrdə ona işarə vurub ki, əslində böyük dövlətlər, o cümlədən Rusiya münaqişənin həllini sürətləndirmir, halbuki buna imkanı var. Ermənistan kiçik bir dövlətdir. Rusiya bu prosesə təsir vasitələrini işə salsa, prosesi sürətləndirmək olar. Amma biz təəssüf ki, əksini görürük. Bu gün Dağlıq Qarabağda "referendum” keçirilir. Bu "referendum”a müşahidəçilər ən çox tanınmamış Abxaziya və Cənubi Osetiyadan gəlib. Halbuki bu iki bölgə Rusiyanın tamamən nəzarəti altındadır. Rusiya istəsə, onlara deyə bilərdi ki, oturun yerinizdə, gedib bu "referendum”u izləməyin. Amma bunu demirsə və onlara şərait yaradırsa, onlar da gedib Xankəndində Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verirlərsə, deməli, Rusiyada müəyyən qüvvələr hələ də Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında əslində diplomatik dillə beynəlxalq aləmə bunu anlatmağa çalışır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həllini sürətləndirmirlər. Ona görə də atəşkəs daim pozulur, lokal toqquşmalar olur”. Politoloq qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında dediyi kimi, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın maraqlarına zidd olub: 

"Azərbaycan bu münasibətlərin normallaşmasını istəyirdi. Çünki Rusiya bizim strateji tərəfdaşımızdır. Rusiyanın Ermənistana verdiyi dəstəyə baxmayaraq, bizim normal tərəfdaşlıq münasibətlərimiz var. Buna görə də Azərbaycan prezidenti Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə birlikdə təşəbbüslər irəli sürdü, nəticədə bu proses nizamlandı. Bu məsələdə Azərbaycan prezidentinin də vacib rolu oldu ki, bunu hər iki tərəf də qeyd etdi. Üstəlik, bu günlərdə Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford arasında görüşün Bakıda keçirilməsi də Azərbaycana verilən dəyərin nəticəsidir. Bu görüşdə Suriya məsələsi müzakirə olunmalı idi. Çünki ABŞ Suriyada Rakka şəhərinə hərbi müdaxiləyə hazırlaşır. Bu hərbi əməliyyatı həyata keçirmək üçün ABŞ iki əsas iştirakçı - Türkiyə və Rusiya ilə bunu razılaşdırmalı idi. Suriya məsələsini müzakirə etmək üçün rusiyalı generalla görüş yeri axtarılırdı. Rusiyalı general sanksiyalara görə Avropaya gedə bilmirdi, amerikalı general da Suriyaya yaxın olan İraq və İrana gedə bilməzdi. Elə bir məntəqə seçilməli idi ki, Suriyadakı hadisələrə yaxın bir ölkə, həm də o ölkənin Suriya məsələsində balanslı mövqeyi olsun. Aydındır ki, bu rola Azərbaycan iddialı idi. Türkiyə bu rola iddia edə bilmirdi. Çünki artıq Türkiyə Suriyada Rusiya ilə hərbi ittifaqdadır. Ona görə də görüş üçün məkan Bakı seçildi. Bu fakt, üstəgəl də Azərbaycanın Rusiya və Türkiyə arasında münasibətlərin normallaşmasında önəmli rol oynaması bir daha göstərir ki, bölgədə həqiqətən açar dövlət Azərbaycandır. Sadəcə, Ermənistan işğalçı siyasətini davam etdirdikcə Azərbaycana böyük dövlətlər alternativ qoymurlar. Alternativ qoymurlarsa, biz işğalçını istənilən vasitə ilə torpaqlarımızdan çıxarmalıyıq. Son 2 ildə onsuz da atəşkəsə riayət olunmur. Dövlət başçısının sözü var ki, erməni əsgərinin Ağdamda, Füzulidə nə işi var?! Bu strategiya o deməkdir ki, düşmənin Dağlıq Qarabağ ətrafında, işğal altında olan rayonlarda mövqeləri məhv ediləcək. Bundan nəticə çıxarmalıdırlar. Yox, nəticə çıxarmayacaqlar, üstəgəl təxribat yaradıb, "referendum” keçirərək bölgənin adını dəyişdirməyə çalışacaqlarsa, bu o deməkdir ki, lokal toqquşmalar davam edəcək. Bu, Azərbaycanın hüququdur. Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında qeyd etdi ki, müharibə problemlərin sayını çoxalda bilər. Bu da böyük dövlətlərə bir mesajdır. Atəşkəsə əbədiyyətə qədər dözəsi də deyilik. Torpaqlar boşaldılmadan atəşkəsin ömrü uzun olmayacaq”.
 
Demokratik.Az
Xəbər 2077 dəfə oxunub






Oxşar xəbərlər

Vilayət Eyvazov 45 polis leytenantını işə təyin etdi
Əli Həsənova REAL SUAL: "“Prezidentin 5-6 köməkçisi 10 milyon vətəndaşın dərdini necə dinləyəcək?”
Alo, mitinq sifariş vermisiniz?
Sabiqləşən Əli Həsənov bu vəzifələri icra edəcək
Tofiq Yaqublunun səhhəti necədir? AÇIQLAMA
Şahin Mustafayev Baş Nazirin müavini təyin olundu - Haqqında qısa DOSYE
Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.27555] initstartout [0.00023] initstartin [0.00105] calstart [0.01291] calend [0.00083] topnewsend [0.00637] rsssend [0.00000] ehgend [0.00905] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24417]