Putin Qərb liderləri ilə görüşdən imtina etdi

  • 11 yan 2016, 20:40
Rusiya prezidenti Vladimir Putin Münhen təhlükəsizlik konfransında iştirak etməyəcək.

 

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Konfransda 20 dövlət və hökumət başçısı, habelə 60 ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı gözlənilir. Forumda ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden, Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Almaniya kansleri Angela Merkel isə son 4 ildə ilk dəfə Münhen konfransında iştirak etməyəcək.

Forumun rəhbəri Volfqanq İşinqer İran və Ukrayna prezidentlərinə dəvət məktublarının göndərildiyini, lakin cavab verilmədiyini bildirib.

Qeyd edək ki, Münhen təhlükəsizlik konfransı 1962-ci ildən keçirilir.

 

Demokratik.Az

Oxşar xəbərlər