“Biz Moskvaya deyə bilmərik ki, ''erməniyə silah vermə''''

  • 05 okt 2016, 17:27

Arif Rəhimzadə:"Rusiya bizdən ötrü heç kəslə düşmən olası deyil”

 


"Ermənistandakı "İsgəndər” raket komplekslərinə qarşı Azərbaycainın da silahları var. Eyni zamanda biz də Rusiyadan və digər ölkələrdən silah alırıq”. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arif Rəhimzadə bu fikirləri Musavat.com-a açıqlaması zamanı deyib.
 
Maraqlıdır, parlamentin işçi qrupu işğalçını silahlandıran şimal qonşumuza hər hansı formada etiraz bildirməyi düşünürmü? A.Rəhimzadə bildirib ki, Ermənistana silah verdiyinə görə Rusiyaya etiraz bildirməyi mənasız sayır: "Biz Moskvaya deyə bilmərik ki, "erməniyə silah vermə!” Çünki Rusiya Ermənistanla müqavilə bağlayıb.
Biz ona deyə bilmərik ki, erməniləri tamamilə silahdan məhrum et! Bu, real məsələ deyil. Rusiyanın da öz maraqları var. Əlbəttə, Moskva Azərbaycanla da normal münasibətlər yaradır. Ancaq Rusiya bizdən ötrü heç kəslə düşmən olası deyil”.
 
E.PAŞASOY
Musavat.com
Oxşar xəbərlər