Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:17 - 18.04.2019  
Siyasi partiyalar dövlətdən nə qədər maliyyə alır?
Tarix: 3-11-2018, 09:45 | Bölmə: Xəbərlər » Siyasət

Fazil Mustafa: "Vəsait vaxtlı-vaxtında ödənilir”

Siyasi partiyalar dövlətdən nə qədər maliyyə alır?Gələn il Azərbaycanın dövlət büdcəsindən siyasi partiyalara ayrılacaq vəsaitin həcmi bir qədər azaldılacaq. Belə ki, Milli Məclisə daxil olan büdcə zərfində siyasi partiyalar üçün 3 milyon manat ayrılacağı qeyd olunub. Bu, 2018-ci ildə proqnozlaşdırılan 3,1 milyon manatdan 100 min manat azdır. Qeyd edək ki, bu il üçün ayrılan vəsaitlərin 2 milyon 940 min manatı artıq istifadə edilib.

"Siyasi partiyalar haqqında” Qanuna əsasən, dövlət büdcəsindən siyasi partiyalara ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı, 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür.

Milli Məclisdə 69 deputatı olan Yeni Azərbaycan Partiyasından sonra yalnız Vətəndaş Həmrəyliyi Partiyası 2 yerə sahibdir, qalan bütün partiyaların hamısı 1 yerdir. Belə ki, Ana Vətən, Azərbaycan Demokratik Maarifçilik, Azərbaycan Sosial Rifah, Azərbaycan Sosial Demokrat, Vəhdət, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Böyük Quruluş partiyaları hərəsi 1 deputatla təmsil olunur.

Partiyalara bu il 3,1 milyon manat pul ayrılıb.  Onun 10 faizinin - 310 min manatın hansı partiyalara verildiyi məlum deyil. Vəsaitin 40 faizi, yəni 1,24 milyon manat Milli Məclisdə təmsil olunan partiyalar arasında bərabər bölünür. Hazırda Milli Məclisdə 11 partiya təmsil olunur və onların hərəsinə 110 min manatdan  artıq pul düşür. Hər deputat sayına görə isə 10 min manat pul əlavə olaraq alırlar. Bu isə ümumilikdə 1 deputatı olan partiyaların hərəyə 120 min manat, Vətəndaş Həmrəyliyi Partiyasının isə 130 min manat almalı olduğu deməkdir.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin üzvü Fazil Mustafanın "Yeni Müsavat”a dediyinə görə, aldıqları vəsait fəaliyyət üçün tam yetərli olmasa da, təşkilatın ayaqda saxlanması üçün əhəmiyyətli rol oynayır: "Bu vəsait müəyyən problemlərin aradan qaldırılmasına köməklik göstərir - xüsusən də rayon təşkilatlarının ayaqda saxlanması, müəyyən tədbirlərin keçirilməsi, yerli ofislərin kirayə haqqının ödənilməsi və sair istiqamətlərdə”. Partiya sədri dedi ki, vəsaitlər Maliyyə Nazirliyi tərəfindən vaxtlı-vaxtında ödənilir.

Qanuna görə, həmçinin siyasi partiyalar hər il aprelin 1-dək illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməldilər. F.Mustafa qanuna əməl edərək, vaxtlı-vaxtında hesabatlarını MSK-ya göndərdiklərini deyir.

MSK-nın yaydığı məlumata görə, 2017-ci il üzrə maliyyə hesabatını Azərbaycanda qeydiyyata alınmış 55 siyasi partiyadan 11-i quruma təqdim etməyib. Qanunvericiliyə əsasən hesabatlar həm də auditor rəyi ilə birlikdə kütləvi informasiya vasitələrində dərc etdirilməlidir. Qanunun bu tələbinə partiyaların çoxu əməl etmir. Belə ki, indiyədək yalnız YAP-ın illik qısa maliyyə hesabatlarının mətbuatda dərc olunması halı qeydə alınıb. Həmin hesabatlardan aydın olur ki, 2016-cı ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 736 859 manat olub. Bunun 6 596 979 manatını üzvlük haqları, 1 139 880 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.

2017-ci ildə isə hakim partiyanın gəlirləri 8 milyon 315 min 436 manat olub. Bunun 7 milyon 173 min 280 manatını üzvlük haqları, 1 milyon 142 min 156 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən təşkilata düşən pay təşkil edib.

Xəbər 1019 dəfə oxunub






Oxşar xəbərlər

Fuad Abbasova ağır ittihamlar: "Sən Azərbaycan vətəndaşlığı olan erməni terrorçususan"
Fuad Qəhrəmanlının qızına hücum edən saxlanıldı
"Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur" — Şəbnəm yenə “gül vurdu”
“Demokratik.Az”-a qarşı sifarişli Qətnamə - “Ə + Ə = 2000” DÜSTURU
"İmişlidə Prezidentin layihəsinə ciddi təhlükə var"
Əli İnsanova... zəng çatmır; o müxalifətçiləri umsuq etdi
Sumqayıtda kürəkən qayınanasını döyüb
BMT TŞ Liviya üzrə növbədənkənar qapalı iclas keçirəcək
Alimlər ölmüş beyni diriltməyi bacardılar
Eynulla Fətullayevdən çağırış: "bu abidələri qoruyaq.."
Xaçmazda 14 yaşlı qızı tualetə salıb zorladılar, sonra da...
Dilqəmin oğlu Şuşaya getmək istəyir - atası ilə görüşə
DTX-ya yeni səlahiyyət verilib
Azərbaycanlı polkovnikə ABŞ-da yüksək vəzifə verildi
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Pənah Hüseyn DTX-ya çağrıldı
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin edilib
Azər Həsrət rusdillilərdən üzr istədi
Xınalığa və Şahdağa qar yağır
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
“Jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil”
"Azərsu"ya 4 milyon manat ayrıldı
AQTA adından rüşvət alanın görüntüləri yayıldı
“Fahişələrin 80 faizi siğə ilə ərə gedən qadınlardır” – Fikirlər haçalanır
Çingiz Qənizadəyə ŞOK İTTİHAM: - "Ayaqları olmayan əlilin obyektini əlindən alıb" ?
"ADY"-də ŞOK - Cavid Qurbanov 15 min işçini ixtisar edəcək
Telman İsmayılov barəsində cinayət işi başlayıb
Azər Həsrət "rusca" da düşünə bilmirmiş..
Sosial media Azər Həsrətdən üzr tələb edir
Ramiz Rzayev problemli kreditlərdən danışdı
Deputat "SOCAR"ı müdafiə etdi - Mənsimova cavab verdi
Prezidentin son fərmanları 600 min nəfəri sevindirdi
Moskva görüşünün pərdəarxası: indi də “Medvedyev planı”...
Mənsimovdan "SOCAR"-a ağır sözlər: -"nə zamana qədər..?
AXH-ni parçalamaq istəyən Milli Şuradır? - Açıqlama
Müsavat da çalxalanır: Sədrə qarşı İTTİHAMLAR var
Kəmaləddin Heydərov müşavirə keçirdi
"Rufo Gəncinski"yə ad günü düzənləndi - VİDEO
Rüfət Axundov “Space”dəki qalmaqala görə üzr istədi
Ukrayna: prezidentliyə namizədlər insan haqlarından nə deyir?
Elmar Məmmədyarov Polşaya rəsmi səfər edib
Abşeron İHB-də ara qarışdı - Zakir Fərəcov "KRALİÇA"-nı niyə danladı?
Naxçıvanda müşavirə keçirilib
Ceyhun Bayramov ifşa oldu: “Qulaqardı elədiniz, “donos” yazdırdınız”
Azərbaycan Xalq Hərəkatı dağıla bilər
Müharibə veteranlarına Prezident təqaüdü veriləcək — SƏRƏNCAM
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir — FOTOLAR
Ziyafət Əsgorovun qızının toyundan - VİDEOLAR
Türkmənistan Rusiyaya qaz nəqlini bərpa edib
Özəlləşməyə 58 dövlət əmlakı çıxarıldı - Foto
Balotelli Fransa çempionatının ən yaxşısı seçilib
Azərbaycanda vərəmin müalicəsi neçəyədir?
Talıb Talenin atası bugün Göygöl rayonunda dəfn edilib
Şamaxıda gölün bəndi niyə uçub? – RƏSMİ
Binəli Yıldırım: “İstanbulda seçki murdar olub”
Məhkəmə-Hüquq Şurasında “qaynar xətt” yaradılıb
İlham Əliyev sosial müavinətləri artırdı - YENİ MƏBLƏĞLƏR
AXH-nin toplantısında növbəti qalmaqalı: “Çıxarın, o səs yazılarını ortaya...”
“Araz” marketin müdiri intihar etdi
Xətaidə “Eskobar” ləqəbli narkobaron və dəstəsi yaxalandı - FOTOLAR
Azərbaycanda dron “problemi” – Deputat razılaşmır
“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir
“Ruzigar”a 30 sutka həbs cəzası verilib
DİM-də vakant yerlər üçün müsabiqə elan olunub
ABŞ dövlət katibinin müavini Azərbaycanda səfərdədir
Dünyanın 40 ölkəsindən 800-dək uşaq Türkiyəyə gəlib
Gürcüstanda Nəriman Nərimanovun yubileyi qeyd olunub - FOTO
Bankların kredit faizləri gündəmdədir
Tale Heydərov “Qəbələ”ni tərk edib – Açıqlama
Böyükçöl kafedə döyülmə xəbərindən və qənddən" danışdı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.22836] initstartout [0.00019] initstartin [0.00094] calstart [0.01178] calend [0.00069] topnewsend [0.00548] rsssend [0.00000] ehgend [0.01146] tagsstart [0.00079] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.19700]