Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

10:46 - 20.07.2018  
Sarkisyan özünə faşist simvolları ilə qüvvələr toplayır
Tarix: 7-07-2018, 16:40 | Bölmə: Xəbərlər » Siyasət

Ermənistanda müzakirələr başlayıb – keçmişdə özünü doğrultmamış hakim Respublikaçılar Partiyasını əvəz edəcək yeni siyasi qüvvə yaranacaqmı? Və məhz bu siyasi qüvvə, ola bilsin ki, hakimiyyətə gələ biləcək.

Söhbət virtualaz.org-un daha öncə yazdığı əksinqilabdan gedir. Lakin Rusiya çətin ki, Ermənistan Respublikaçılar Partiyasına (ERP) ümid bağlasın.

Sarkisyan özünə faşist simvolları ilə qüvvələr toplayırErmənistan kütləvi informasiya vasitələrinin yazdığına görə, keçmiş baş nazir Karen Karapetyan əvvəlkitək ERP sədrinin birinci müavinidir. Lakin bunun yeganə səbəbi odur ki, o, hələlik siyasi fəaliyyətini necə davam etdirəcəyini müəyyənləşdirməyib. Onu inandırmağa çalışırlar ki, ERP-də qalsın və birlikdə partiyanı ayağa qaldırsınlar, lakin digər tərəfdən, Karapetyan görür ki, partiya günbəgün dağılır və siyasi layihə kimi perspektivsizdir.

"Karapetyan özünün rusiyalı sponsorları ilə yeni partiya yaratmaqdan çəkinə bilər. Belə bir məlumat da var ki, "Taşir Qrup”un sahibi Samvel Karapetyanın nümayəndələri müxtəlif insanların və qrupların təmsil olunacağı yeni partiyanın yaradılması barədə danışıqları davam etdirirlər.

Rusiya hakimiyyətinin iki proqramı mövcuddur – Nikol Paşinyanın hökumətini devirmək və hakimiyyətə nəzarət altında olan qüvvəni gətirmək, yaxud da ən pis halda ilkin mərhələdə güclü müxalifət formalaşdıraraq, istənilən anda ictimai narazılıqdan istifadə etmək və xalq hərəkatının köməyi ilə məxməri inqilab gerçəkləşdirmək. Rusiya ictimai narazılığı fəal şəkildə dəstəkləyəcək.

Lakin əgər keçmiş baş nazir doğrudan da arxasında Rusiyanın siyasi dəstəyi və Rusiya kapitalı duran yeni partiya yaradarsa, bu ERP-in sonu olacaq. Çünki bu gün ERP güman edir ki, Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə gələ biləcək.

Respublikaçılar iddia edirlər ki, sədr Serj Sarkisyanın əhval-ruhiyyəsi heç vaxt son günlərdə olduğu qədər yüksək olmayıb. Bunu belə izah edirlər ki, cəmiyyət tədricən inqilab eyforiyasından oyanır və baş verənləri ayıq başla dəyərləndirərək, bunun onların real həyatına təsirini görür. Bu təsir isə, yumşaq desək, hiss olunan səviyyədə deyil. Ola bilsin ki, ERP lideri özünü xoş əhvalda göstərməklə partiyasının dağılmasının qarşısını almaq istəyir. Lakin bu prosesi dayandırmaq qeyri-mümkündür.

Digər tərəfdən, özünün siyasətçi deyil, daha çox menecer olduğunu deyən keçmiş baş nazir Karen Karapetyan gözəl anlayır ki, yüksək vəzifə tutmaqdan başqa gəlirli biznes yoxdur və dövlət adlı təşkilatdan başqa elə bir biznes növü yoxdur ki, ona rəhbərlik etməklə təmin olunmuş yüksək gəlir qazanasan.

"Taşir Qrup”un başçısı Samvel Karapetyanın da Ermənistanla bağlı iri planları vardı və Ermənistanın dövlət əmlakı hesabına milyardlarının artıra bilərdi. Bunun üçünsə Ermənistanda hakimiyyət lazımdır.

Rusiya amilini də unutmayaq. Rusiya hakimiyyəti Samvel Karapetyana milyarder olmağa şərait yaradıb, çünki o, Ermənistanda Rusiya nüfuzunun qartı tərəfdarı olub. Karen Karapetyan uzun illər Rusiya "Qazprom”unun Ermənistanda nümayəndəsi olub, Rusiya elminin və yaradılmış şəraitin sayəsində xeyli həcmdə imkanlara sahiblənib. Ruslar indi özlərinə rəva görə bilməzlər ki, Karapetyana Ermənistandakı iflası bağışlasınlar və o, Rusiya qarşısında siyasi öhdəliklərini yerinə yetirmədən yeni milyonlar və milyardlar qazansın.

Serj Sarkisyan amili olmasaydı, Karapetyanlar çoxdan yeni partiyanın yaradılması barədə bəyanat verərdilər. Qeyd etdiyimiz kimi, yeni partiya yaradıldığı təqdirdə ERP-ın məhvi bir neçə saat ərzində baş tutacaq, çünki bu partiyanın dayağı keçmiş məmurlardır. Artıq bir neçə ad da çəkilir: bu barədə danışmaq istəməyən Lori qubernatoru Artur Nalbandyan və polis rəisinin müavini Anubax Qəmbəryan. Məlumat var ki, Yerevanın hələlik yerində olan meri Taron Marqaryanla bu məsələ ilə bağlı görüş keçirilib və danışıqlar aparılıb. Hansı qərarın verildiyi hələlik məlum deyil”, - nəşr yazır.

ERP tərəfdarları nümayiş etdirməyə çalışırlar ki, ağır günlər geridə qalıb və indi işləmək zamanıdır ki, itirilənlər geri qaytarılsın və bunun üçün birlikdə olmaq lazımdır. Lakin çətin ki, bu mümkün olsun. ERP indi ümid bəslədiyi Rusiyada da gözdən düşüb.

Moskvada ERP-nin yürütdüyü faşizm ideologiyası qınağa məruz qalıb. Ermənistan Respublikaçılar Partiyasının embleminə baxmaq və onu Üçüncü reyxin simvolları ilə müqayisə etmək yetərlidir. ERP 2004-cü ildə Yerevanda dərc edilmiş "Qaregin Njde və onun təlimi” kitabının "naşiri”dir.

Bu səbəbdən aydındır ki, ERP süquta uğramış layihədir, halbuki Ermənistanda Qaregin Njde ideologiyası alqışlanır və hətta bununla fəxr edirlər.

Mövzunun davamı kimi qeyd edək ki, iyulun 11-də Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə yollanacaq və burada onun Avropa İttifaqının yüksək rütbəli məmurları ilə görüşləri planlaşdırılır. Aİ-nin Ermənistandakı səfiri Pyotr Svitalski bildirib ki, Nikol Paşinyan Aİ rəhbərliyi tərəfindən isti qarşılanacaq.

Brüsselə səfərindən sonra Nikol Paşinyan NATO-nun zirvə görüşündə iştirak edəcək.

Ermənistan KİV-ləri yazırlar ki, ölkənin xarici siyasətində Avropaya və ümumilikdə, Qərbə meyllənməyə doğru nəzərə çarpacaq dəyişikliklər sezilir. "Qərb Ermənistana səhih ismarıclar yollayır ki, yeni hakimiyyətə hərtərəfli – həm daxili və xarici siyasət anlamında, həm də müdafiə və təhlükəsizlik baxımından dəstək verməyə hazırdır”.

Lakin növbəti gediş Kremlindir.

Xəbər 898 dəfə oxunub






Oxşar xəbərlər

Dilqəm Əsgərovdan niyə məktub gəlmir? - RƏSMİ MÜNASİBƏT
Nazpərini həbs gözləyir – “saxta fəlsəfə doktorluğu”
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb
Prezident Bakının mövqeyini bir daha bəyan etdi: güzəşt limiti bitib
Qərbin “barıt qoxuyan ixrac demokratiya”sı və ya xaos ssenarisi...
Saxta dindarlar üzə çıxarıldı - rəsmi
Erməni şərqşünas Ələkrəm Hümbətovu ifşa etdi - sensasion faktlar
Mədət Quliyev hərbçilərə dərs keçdi - FOTO
İtaliya prezidenti "Heydər Əliyev” ordeni ilə təltif edilib
ABŞ-la Rusiya “mehriban düşmən”ə çevrilir
Vitse-spikerdən Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Üzeyirdən Qənirə Paşayevaya cavab gəldi
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bakıda DYP özbaşınalığı! - Avtobusu sahibindən xəbərsiz cərimə meydançasından çıxarıblar
Yerin dərin qatlarında tonlarla almaz tapıldı
ARDNF-in 2017-ci il büdcəsinin icrası haqqında SƏRƏNCAM
NIKOIL | Bank növbəti bankomatı quraşdırıb
"Azərbaycan yeni geopolitik qarşıdurma meydanına çevrilib" - TƏHLİL
Allahşükür Paşazadə Gəncəyə getdi
Səbaildə Eldar Əzizovu o əvəz edir
Gəncə terrorunun arxasındakı güclər ifşa olunur
Eldar Əzizov Bakı Merinin birinci müavini təyin olundu
Tramp və Putin arasında təkbətək görüş başa çatıb
"Aslanlar” polisi öldürən Gəncə terrorçusunu belə MƏHV ETDİ – FOTOLAR (18+)
Qazaxda bayrağımız bu halda - yerli hakimiyyət hara baxır - FOTO
Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12271] initstartout [0.00024] initstartin [0.00127] calstart [0.01482] calend [0.00089] topnewsend [0.00679] rsssend [0.00000] ehgend [0.01104] tagsstart [0.00078] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08683]