“Rusiya Ermənistanda ikiqat qələbə qazanacaq”

  • 03 apr 2017, 17:08

Parlament seçkisindən sonra Rusiya Ermənistanın siyasətinə təsirlə bağlı öz strategiyasını davam etdirəcək.

Axar.az xəbər verir ki, bu iddia ilə "Stratfor” analitik mərkəzi çıxış edib. Sayt Moskvanın bütün siyasi tərəflərdə Ermənistan liderlərinə təsir edəcək müttəfiqlərinin olduğuna inandığını bildirib:

"Ermənistanın iqtisadi və hərbi baxımdan ən böyük tərəfdaşı olan Rusiyaya bu seçkilər ölkədə öz gündəmini irəli sürməyə imkan verir. Moskva Ermənistanın gündəmini təkcə hökumət yox, həm də müxalifətlə nəzarətdə saxlayacaq. Hansı partiyanın qələbə qazanmasından asılı olmayaraq, Rusiya məğlub olmayacaq. Karapetyan, Oskanyan və Çarukyan Moskva ilə sıx əlaqələrin tərəfdarlarıdırlar. Bu əlaqələr işlə bağlı yox, həm də yüksək vəzifəli rusiyalı siyasətçilərlə olan şəxsi əlaqələrlə bağlıdır. Məsələn, baş nazir Moskvadakı bir sıra nüfuzlu şəxslərlə əlaqəyə sahibdir. Üstəlik, baş nazirin "Qazprom”la da güclü əlaqələri var. Bu əlaqələr Rusiya üçün səhmlərdir. Bu ölkənin seçkilərdə şəxsi maraqları var. Belə ki, qələbə qazanan partiya ölkənin xarici siyasətində ən böyük söz haqqına sahib olacaq. Moskvanı hətta Respublika Partiyasının irəlidə olması da qorxutmur. O, bu partiyaya alternativ olaraq rusiyayönlü siyasətçiləri dəstəkləməyə diqqətini yönəldib və onlar istənilən vədə Sərkisyanı və Karapetyanı əvəz etmək iqtidarında olacaqlar. Kreml ümid edir ki, gələcək rejim Rusiyanın Azərbaycana silah satması ilə bağlı mövcud olan daimi narahatçılığı yatıra biləcək”.

Oxşar xəbərlər