Xəbər lenti
Bütün xəbərlər

Erməni oliqarxların savaşı: Karapetyan meydan oxudu

  • 31 may 2018, 21:52

Dünyanın ən zəngin ermənisi olan Samvel Karapetyanla yeni Ermənistan hökuməti arasında münasibətlər daha da gərginləşib.

Axar.az xəbər verir ki, münasibətlərin gərginliyinə Yüksək Gərginlikli Elektrik Şəbəkəsi Qapalı Səhmdar Cəmiyyətinin "Taşir” qrupuna verilməməsi ilə bağlı Ermənista hökumətinin açıqlamaları səbəb olub. Hökumətin açıqlamasına Karapetyanın şirkəti bu gün cavab verib. Cavabda QSC-nin "Taşir”ə verilməsi təklifinin 2017-ci ildə Ermənistan hökumətindən gəldiyi açıqlanıb. Bəyanatda şirkətdə bütün fəaliyyətin QSC-nin xərclərinin azaldılmasına yönəldildiyi deyilib:

"Biz bu QSC-nin illik xərclərini 40% azaldacaqdıq. Nəticədə dövlətə 3 milyon dollar xeyir qalacaqdı. Yüksək Gərginlikli Elektrik Şəbəkələri Ermənistanın xarici borc yüklənmələrini artırır. 15 il ərzində bu QSC-yə görə 520 milyon dollar borc alınıb. Bu da Ermənistanın xarici borcunun 7%-dir”.

Şirkət həmçinin yeni hökumətin "Taşir”lə QSC məsələsində heç bir müzakirə aparmadığını da bəyan edib.

Qeyd edək ki, bundan öncə Ermənistanın Təbii Resurslar və Enerji İnfrastrukturu naziri Artur Qriqoryan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi Qapalı Səhmdar Cəmiyyətinin dövlət müəssisəsi olaraq qalacağını bildirib. O, bu QSC-nin "Taşir” şirkətinə tərəflər arasındakı müqavilənin bəzi bəndlərinin İrəvana sərf etməməsi ucbatından verilmədiyini bildirib.

Yüksək Gərginlikli Elektrik Şəbəkəsi Qapalı Səhmdar Cəmiyyəti 1998-ci ildə yaradılıb. Bu QSC-nin "Taşir”ə verilməsiylə bağlı qərar cari ilin 12 aprelində Karen Karapetyanın rəhbərlik etdiyi hökumət tərəfindən imzalanıb.

"Taşir” şirkəti erməni milyarder Samvel Karapetyana məxsusdur.

Oxşar xəbərlər