“Qarabağa görə narahatıq” Rusiya çağırış etdi

  • 08 iyul 2017, 10:58

Rusiya hökuməti Ermənistan və Azərbaycan arasındakı konfliktin gərginləşməsindən narahatdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib.

"Bizim mövqeyimiz əvvəlki kimidir. Danışıqlar prosesinə heç bir alternativ yoxdur. Zərbə mübadiləsi heç nəyi həll etməyəcək, əksinə, problemi daha da dərinləşdirəcək. İlkin məqsəd atəşkəsə nail olmaqdır”, – deyə o bildirib.

Demokratik.Az

Oxşar xəbərlər