Rusiya Qafqazda anneksiyaya hazırlaşır

  • 10 apr 2017, 20:49
Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsi üçün Moskva ilə müzakirələri davam etdirəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qondarma Cənubi Osetiya parlamentinin spikeri Anatoli Bibilov söyləyib.

"Cənubi Osetiyanın Rusiyaya birləşmək arzusu osetin xalqının parçalanma anından etibarən mövcuddur. Üç ildən sonra osetin xalqının fərqli ərazilərdə yaşamasının 100 illiyi tamam olacaq. Bu, tamamilə yanlışdır. Biz Rusiya ilə müzakirələri davam etdirəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün qondarma respublikada prezident seçkisi keçirilir. Seçkinin ilkin nəticələrinə əsasən, Bibilov səslərin 57%-ni toplayıb.
 
Demokratik.Az
Oxşar xəbərlər