Gürcüstan Rusiya ilə bağlı sülh siyasətinə sadiq qalır

  • 12 fev 2017, 10:23

Gürcüstan XİN rəhbəri Mixail Canelidze Vaşinqtonda ABŞ-ın dövlət katibi Reks Tillersonla görüşündən sonra rəsmi Tiflisin Abxaziya və Cənubi Osetiya münaqişələrinin nizamlanmasında ABŞ-ın dəstək verdiyi sülh siyasətini davam etdirəcəyini vurğulayıb. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M.Canelidze Vaşinqtonda ikigünlük səfərdə olub. "ABŞ Gürcüstanı yaxın dost, etibarlı tərəfdaş hesab edir. Biz münaqişənin sülh nizamlanmasına yönələn siyasətimizi davam etdirəcəyik. Bu siyasət ABŞ tərəfindən də dəstəklənir”, - deyə Canelidze "İmedi” telekanalının efirində bildirib.

Canelidzenin sözlərinə görə o, dövlət katibi ilə təhlükəsizlik, müdafiə, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığı müzakirə edib.

"Biz, yeni administrasiya, habelə Senat və Konqres tərəfindən dəstəklənən konkret layihələrə artıq start vermişik”, - deyə nazir qeyd edib.

Oxşar xəbərlər