ATƏT Qarabağda hansı səngərə girəcək?
Zahid Oruc
Millət vəkili
Rəsmi Bakı Vyanaya müraciət edib.Anjiy Kasprşikin-ömrünü Qafqaz müharibəsində
keçirmiş qoca polyakın rəhbərlik etdiyi missiyanın üzvlərinin sayının artması
onun mandatını aşması kimi qiymətləndirilərək rəsmi izahata verilməsini tələb
olunur. Əslində atəşkəsin əldə olunduğu 1994-cü ildən bəri cəmi 5-6 nəfərlik
heyətlə iki düşmən tərəfin arasında hakimlik etmək hər zaman təhlükəli iş
olub.Axı keçmiş sovet ölkələri içərisində tərəf tutmadan münsiflik etmək və
sülhyaratma qüvvələri rolunda çıxış etmək qətiyyən qibtəylə qarşılana bilməzdi.
Lakin o vaxtdan bəri Rusiyanın qorxusundan ATƏT-in Budapeşt sammiti çərçivəsində
verilən qərarı yerinə yetirə bilməyən qurum birdən-birə Qarabağda emissarlarını
artırmaqla hansı məqsədləri güddüyünü təyin etmək o qədər çətin deyil.
Avropada ermənilər və azərbaycanlılar arasında böyük müharibənin qaçılmaz
olduğunu yəqin etdikcə, regiona diqqət artacaq və müşahidə missiyası adı
altında hərbi kəşfiyyat qüvvələri yeridilməkdə davam edəcək.
Əslində 4 günlük aprel müharibəsinə qədər erməni diplomatiyası sülh müqaviləsinin
imzalanmasından daha çox beynəlxalq dairələrdən Azərbaycanın müharibə hüququ əlindən
alınmasını tələb edirdi. Məhz o səbəbdən son 5 ildə Parisdən Cenevrədəyək böyük
bir diplomatik zolaqda Sarqsyan-Nalbandyan əsas ağırlıq verdiyi formul təmas xəttinə
nəzarət qurğularının yerləşdirilməsinə razılıq almaq idi. Hətta amerikalı həmsədr
Uolrikin lokal 2014-cü ilin avqustunda çoxsaylı itkilərlə müşaiyət olunan lokal
toqquşmalarından sonra verdiyi bəyanat da rəsmi İrəvanın istəklərinə uyğun
olduğundan Azərbaycana təzyiqlərin artacağı şəksiz idi.Vaşinqtonla sinxron hərəkətlərin
edildiyini az sonra tam aydınlığı ilə görmək mümkün oldu. Dövlət katibi Con
Kerri Bakı ilə məlum soyuq münasibətlər fonunda açıq şəkildə Amerikanın hər vəchlə
bölgəyə kamufulyaj edilmiş dəstələr şəklində gəlməsini vacib şərt kimi irəli
sürdü. Bəlli oldu ki, bütün səngərlərin yerləşdiyi ən ağır relyef şəraitlərini
belə daimi ekranda müşahidə etməyə imkan verən qurğular məhz Amerika şirkəti tərəfindən
hazırlanıb və prezident İlham Əliyev razılıq verdiyi günü onu gətirib
quraşdırcaqlar. Lakin hərbi radarların obyektivinə düşəcək ən adi atəşin
fiksasiya edilərək Qərb paytaxtlarına ötürülməsi və Moskvanın bölgədəki kəşfiyyat,
həmçinin peyk nəzarətinə zərbə vurulması o vaxtlar Azərbaycanın təklənməsinin
qarşısını aldı.
Nəhayət, aprel məğlubiyyəti Sarqsyan rejimini danışıqlara yenidən qayıtmaq üçün
yeganə şərt kimi təzədən həmin istəklərini ultimativ şəkildə ortaya qoyması
prezident İlham Əliyevi bağlı qapılar arxasında gedən savaşı ictimailəşdirməyə
vadar etdi. Azərbaycan rəhbəri prinsipial olaraq böyük sülh sazişi imzalanmadan
və işğalçı qoşunlar ərazilərdən çıxarılmadan Anjiy Kasprşikin idarəsinin genişlənməyinə
qəti yox deyiləcəyini bildirdi. Razılaşın ki,söhbət çox risqli bir məsələdən
getdiyindən burada seçilən sərt mövqe avroatlantik qüvvələrin Qarabağda yerləşdirilməsinə
qarşı çıxmaq səciyyəsi daşıyırdı.
Ötən bir il ərzində danışıqların iflasa uğradılması da sanki Vaşinqton və
Parisin məqsədyönlü şəkildə hərbi amilin güclənməsinə şərait yaradılması istəklərindən
xəbər verirdi. Yəni, savaş yenidən başlasın və böyük hərbi monitorları gətirib
Tərtərin ön cəbhəsindən Beyləqanın səhralıq və yarğanlıqdan ibarət çöllərinə
düzməyə əsas yaransın.
Fransa prezidenti Olandın son bəyənatının-yəni,müharibə istəyən tərəfin cəzalandırlması
və sanksiyalara məruz qoyulması təhdidinin erməni informasiya məkanında yüksək əhval-ruhiyyə
ilə qəbul olunması da dediyimizə sübutdur.Erməni diplomatiyası uğur qazandığını
zənn edərək,birtərəfli qaydada belə bir qərar verilməsinə ATƏT-in tam əsasının
olduğunu təsdiq etməyə çalışır.
Belə çıxır ki, son 7 ildə 20 milyard dollardan silah almış ölkə əl-qolunun
bağlanmasına razılıq verərək işğal faktını tanımalıdır. Çünki əskərlərin
ayaqyolu üzərinə yapışıdırılmış BÖYÜK EKRAN Corc Oruelin 70 il əvvəlki fəhmi ilə
peyğmbərcəsinə cızdığı ssenari üzrə hamını total nəzarəti altında
saxlayacaqdır. Belə olanda 100 minlərlə ordunu saxlamağın mənası nədir- bu
suala heç bir qərbli çinovnik cavab verə bilməz.
İndiyədək harada- Yəməndə, Suriyada, Ukraynada, yoxsa sovetlərdən miras qalmış
digər münaqişələrdə vuruşan tərəfləri monitor vasitəsilə izləməyi tələb etmək
heç kəsin ağlına gəlməyib. Özü də Vikiliksin son ifşasına-modemlərdən
televiziyalara qədər elktron casusluğunu tüğyan elədiyi bir əsrdə nədən ATƏT
vasitəsilə gətirib Ağdərəyə cihaz qurmaq gərək olduğunu heç kəs əsaslandıra
bilmir.
Axı status-kvonu saxlamaq üçün təklif olunan bu yol daha böyük hərbi toqquşmaya
nədən ola bilər.Özü də məxfi kabinetlərdə Azərbaycan generallarının hazırladığı
taktiki əməliyyatları bəlli mərkəzlərdən müşahidə edib, onun deşifrəsini aparıb
düşmən tərəfinə verilməyəcəyinə heç kəsin zəmanəti ola bilməz.Sən ən son model
hərbi texnika-texnologiyanı gətirib səngərin yaxın periferiyasında
quraşdır-ondan sonra da özünü Allahın deyil, statusu tanınmamış beynəlxalq
vasitəçilərin izləmə qurğularının obyektivinə ver-bu heç bir məntiqə sığmır və
faktiki təslimçiliyə bərabər siyasət olardı.
Anjiy Kasprşikin kimə işlədiyini bir kənara qoysaq,adam son 20 ilin ən yaxşı səhra
məhkəməsi kimi Azərbaycanın coğrafiyasını əzbər bildiyinə şübhə yeri yoxdur.Ona
vətəndaşlıq pasportu verib daimi mənzillə təmin etmək də olar.Çünki belə məlumatlı
adam kəşfiyyat sirləri ilə hər bir tərəfin gücünün atrmasında rol oynaya bilər.Ona
görə rəsmi Bakı Vyanadan izahat tələb edəndə yaxşı bilir ki,Avropa Birliyi
Rusiyanın Qafqazlarda təkbaşına müharibə çıxarmaq planını qəbul etmək istəmir.
Nəqliyyatın intellektual idarəolunması layihəsini ləğv edib əvəzində 100
metrlik məsafədə üz-üzə dayanmış orduların başının üstünü kəsdirmək gerçəkdən
Qarabağ müharibəsinin inhisarçılığına son mismarı çalmaq deməkdir.Təsəvvür edin
ki,səhra komandirlərimiz ATƏTin baş idarəsinə gedib hər səhər erməni tərəfinə
bir güllə atmaq üçün icazə istəyir-absurd teatrıdır,deyilmi?
Bəs elə olanda 42 il əvvəl Helsinkidə Avropanın təhlükəsizliyi və bütövlüyü
üçün qəbul olunmuş nizamnaməni-hüquqi deklarasiyaları hansı tankın-topun lüləsinin
qabağına qoymaq gərək olacaq?
Taqəüd yaşını səngərdə keçirən avropalı səfir Kasprşikin Qriboyedov missiyası
Murovdağının qarlı ətəklərində davam edir.
Nə vaxta kimi?
Demokratik.Az