Sabiq icra başçısına yeni vəzifə verildi (FOTO)

  • 21 may 2018, 16:50
Mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

Demokratik.Az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini bitirib. 1975-1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləyib. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988-1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışıb.

1994-2001-ci illərdə gənclər, idman nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə isə gənclər, idman və turizm nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub. 18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin 1-ci müavini təyin olunub. Fizika-riyaziyyat elmləri namizədidir (1980).
Oxşar xəbərlər