Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Zeynəb Xanlarovanın oğluna yeni vəzifə verildi
Zeynəb Xanlarovanın oğluna yeni vəzifə verildi
- 03 fev 2017, 19:34
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənova iki yeni müavin təyin edilib. 2 fevral 2017-ci il tarixli sərəncamla bu vəzifəyə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev gətirilib.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumatı təsdiqləyib.
Bildirilib ki, Ramin Babayev bu təyinata qədər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsinə çalışıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti ölkə prezidentinin 2012-cil aprelin 4-də imzaladığı fərman əsasında yaradılıb.
Ramin Babayev 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini, 2010-cu ildə BDU-nun Hüquqşünaslıq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib.
Anar Kəlbiyev

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Səlim Müslümov Elman Mehdiyevdən niyə İMTİNA ETDİ?
Səlim Müslümovdan kadr islahatı-yeni təyinatlar
Azərbaycanın eks milli təhlükəsizlik nazirləri-Onlar işdən niyə çıxarılıb?
İlham Əliyevin doğum günüdür
Biznesi çökən Heydər Babayev Bakı küçələrində – FOTO
Milli Qəhrəmanımız Mədət Quliyev barədə– DOSYE
DTX ilə bağlı fərman
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti