Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:04 - 30.01.2020  
Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?
Tarix: 6-12-2019, 22:46 | Bölmə: Xəbərlər » Ölkə içi

Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?Xəbər verildiyi kimi, iyul ayının 14-də Şəki Xan Sarayının önündə qədim çinar ağacı budağının qırılıb düşməsi nəticəsində yerli və xarici turistlər də daxil olmaqla 19 nəfər müxtəlif dərəcəli xəsarətlər almışlar. Əvvəlcə qısa olaraq baş vermiş hadisənin xronologiyasına nəzərə salaq:

Baş vermiş hadisə nəticəsində ağır xəsarət alanlardan biri - Xatirə Ağamalıyeva hadisədən 1 gün sonra, bazar ertəsi vəfat edib, Səhiyyə Nazirliyi bildirib. Qurum Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstənin vəziyyətini ağır qiymətləndirmişdi. Ona "sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok" diaqnozu qoyulmuşdu. Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının budağının aşması nəticəsində yaralanmış digər şəxslərdən bəzilərinin də vəziyyəti ağırdır. Səhiyyə Nazirliyinin məlumatına görə, onurğanın qapalı travması diaqnozu ilə müalicə alan digər yaralı Elxan Məmmədovun vəziyyəti orta-ağırdır.

Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?

 

Nazirlik bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur. Bazar günü Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının bir parçası qırılaraq ətrafdakı turistlərin üstünə düşüb, şahidlər deyir. Azərbaycan Baş Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə məlumatında deyilib ki, "1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüb".

 

Qurumdan bildirilib ki, hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb və onlar Şəki mərkəzi rayon xəstəxanasına yerləşdirilib. "Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər", - məlumatda deyilib.

Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanlar:

İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq)

Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda),

Farik Həsən (sol incik sümüyünün sınığı),

Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) - helikopterlə klinik tibbi mərkəzə (KTM) göndəriliblər.

Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) - xəstəxanada vəfat edib.

Digər xəsarət alan Elxan Məmmədovun (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar. Mənbə: Səhiyyə Nazirliyi

"FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib.

Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar", - məlumatda qeyd olunub. Hadisə ilə əlaqədar Baş Prokurorluğun, FHN-in və Səhiyyə Nazirliyinin qaynar xətt telefon əlaqə mərkəzləri yaradılıb.

Sənəddə qeyd olunduğuna görə, baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi Azərbaycan prezidentinin nəzarətindədir.

"Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - Baş Prokurorluq və FHN-in məlumatında deyilib. Səhiyə Nazirliyinə istinadən yayılmış bəzi məlumatlara görə, xəsarət almış 19 nəfərdən 5 nəfəri Suriya vətəndaşı, 2 nəfər Rusiya vətəndaşı, qalanları isə Azərbaycan vətəndaşlarıdır. Hadisəilə bağlı apardığımız araşdırmalar bizə bir neçə məntiqi suala cavab vermək zorunda qoyur.

Belə ki, niyə FHN-in helikopterləri vasitəsilə Şəkiyə ezam olunan Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq həkimləri 19 nəfər yaralıdan yalnız Suriyadan olan orta və yüngül dərəcəli xəsarət alanları helikopterlərlə Bakıya gətirdilər? Doğrudanmı ən ağır xəsarət almış Xatirə Ağamalıyevanı həmin təcrübəli həkimlər Bakıya gətirib onun həyatını xilas edə bilməzdilər? Lazım idimi ki, Prezidentin nəzarətində olan bu hadisədə günasız yerə xəsarət almış ağır xəstəni elə bir şəraiti olmayan, dərmanları xəstə sahiblərinə pulla aldıran Şəki Rayon Mərkəzi Xəstəxanasında saxlamalı idilər? FHN-in Şəkiyə gəlmiş helikopterlərində ağır xəsarət almış azərbaycanlı xəstələrə yer olmadımı?

Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?

 

Məlumatlı mənbə bildirmişdir ki, xəstələri Şəki RMX-nın reanimasiya şöbəsindən təcili yardım avtomobilləri vasitəsilə FHN-nin helikopterlərinə daşınması zamanı Xatirə Ağamalıyeva xərəyə mindirilərkən Bakıdan gəlmiş həkimlər soruşmuşlar, bu xarici vətəndaşdırmı? Xeyr cavabı alınan kimi Xatirənin xərəkdən düşürülərək yenidən çarpayıya qoyulmasına göstəriş verilmişdir. Ağır xəstəyə nəzarət edən rayon həkimləri və rəhbərlik isə ağızlarına su alıb,baş verməkdə olan faciəni passiv tamaşaçı kimi seyr etmişlər. Və təbii ki, heç bir təcili tibbi ləvazimatla, dava-dərmanla təchiz edilməyən reanimasiya şöbəsində Xatirə Ağamalıyevanın yaşama şansı 0-ra bərabər idi. Və çox təəssüflər olsun ki, Azərbaycanın bir ziyalısı olan Xatirə Ağamalıyeva Səhiyyə Nazirliyinin baş vermiş hadisə zamanı sümük sığığı xəsarəti almış bir insanı səriştəsizlik, məsuliyyətsizlik ucbatından həyatını itirdi.

 

Belə nəticəyə gəlirik ki, digər xəsarət alan azərbaycanlılar da Xatirə kimi ağır sınıq xəsarətləri alsaydılar, hadisənin cənab prezidentin nəzarətində olmasına baxmayaraq hamısı göz görə görə həlak olmalı idilər. Qısası, bu hadisə bir daha onu sübutladı ki, regionlarda avtoqəzalarda, bədbəxt hadisələr zamanı insanlar travmatik xəsarətlər alarlarsa onların rayon ( əlaxsus şəki RMX-na) müalicə üçün yerləşdirilmələri mənasız və faydasız görünə bilər.

Və bu arada məlumat üçün bildirək ki, dövlət büdcəsindən hər il üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına 1.3 milyon manatlıq dərman və digər tibbi preparatlar alınır. Hər il keçirilən tenderlərdə isə Şəki RMX-na 7.3 milyon manat pul ayrılır ki, bu vəsaitin əsas hissəsi, 6.3 milyon manatı "Şəki Səyyar Tikinti-F” MMC-yə həvalə olunur. Qalanı isə spiker Oktay Əsədovun qardaşı oğluna məxsus olan "Arash Medical Clinik” MMC-yə verilir. Yəni, mədəni şəkildə qeyd etsək, Şəki RMX-da tender oyunbazlığı keçirilir.

Azərbaycan ziyalılarının həyatı Suriya qaçqınlarından dəyərsiz oldu?

 

İndi kimsə deyə bilərmi ki, 2019-cu il üçün Şəki RMX-nın strukturlarının təmir-tikintisi adı altında ayrılan 6.3 milyon manatın xərcləndiyini görüb. Görübsə məlumat versin. Əsas təmir-tikinti isə dövlət başçısının 4 il 7 ay əvvəl verdiyi göstərişə əsasən M.Hacıyev adına Şəki RMX-nın köhnə korpusuna çəkilmiş tezalışan maddədən olan üzlüklərin sökülməsi olmalı idi. Lakin çox təəssüflər olsun ki, prezident tapşırığı qulaqardına vuruldu. Nəhayət, tərəfimizdən məsələ qaldırıldıqdan sonra bir neçə həftə bundan əvvəl hansısa kommersiya qurumlarının hesabına bu söküntü işlərinə başlanılmışdır.

 

Şəkidə baş verən və verməkdə davam edən

"tender oyunbazlığı”na isə Azərbaycan Respublikasının Hesablama Palatası nədənsə hələlik heç bir reaksiya vermir. Amma istəsə bir dəstə inşaatçı ekspert qrupunu göndərməklə dövlət vəsaitinin nə qədər hissəsinin talan olunduğunu aşkarlaya bilər. Əgər istəsə. Rəhmətlik Xatirə Ağamalıyevanın isə illərlə ödədiyi vergilərə görə alınmış FHN-nin helikopterləri onun həyatını xilas etmək istəmədi.

Görünən isə bu oldu ki, Suriyalı qaçqın turistlərin həyati təhlükəli xəsarətləri olmasa belə, onlara Səhiyyə nazirliyi yüksək tibb xidməti göstərdi. Yerdə qalan azərbaycanlılar isə ölsə də olar, qalsa da. Sonda onu da xatırlatmaq yerinə düşərdi ki, Səhiyyə Nazirliyimizdən fərqli olaraq nə, ABŞ və koalisiya qüvvələri Suriyadakı dinc insanları bombalayıb öldürəndə adicə "sorry” sözü dedilər, nə də ki, ruslar bombalayanda "prostite” kəlməsini işlətdilər. Öz xalqına qarşı sayğısızlığı isə biz Səhiyyə Nazirliyinin timsalında Vətənimizdə gördük. Ümid edirk ki, cənab prezident onun nəzarətində olan insan həyatıilə bağlı sahədə də islahatların keçirilməsinə göstəriş verəcəkdir.

Yazı Araşdırmaçı jurnalist Məmməd ƏHMƏDOĞLUNUN saytımıza onlayn məktubu əsasında dərc edilmişdir.

Demokratik.Az yazıda adıkeçən şəxslərin və qurumların söz haqqını tanıdığını bəyan edir...

Demokratik.Az 

Xəbər 1611 dəfə oxunub






Oxşar xəbərlər

Gəncədə rütbə itirən "polkovnik" Qılıncbəylidə ferma uçurur - VİDEOŞİKAYƏT
Pensiyaçılara şad xəbər - 14 % artım...
Zeynəb Xanlarovanın konsertinə bilet alan yoxdur
Türkiyədə azərbaycanlını döyüb öldürdülər
Əli Əhmədov müxalifəti İTTİHAM ETDİ: “Az qala...”
Əliyar Ağayev Super Liqa matçına təyinat aldı
Bakıda - Nənə nəvələrini və özünü öldürdü
“Qarşıdakı bir ildə Qarabağ problemini həll etməyə çalışacağıq” - Çavuşoğlu
Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
Paşinyanın sirli xəstəliyi - İrəvan Qarabağla və odla oynayır
Daşkəsənin Zəylik kəndində bələdiyyə seçkiləri ZAY KEÇİB - ŞOK ŞİKAYƏT
Zəlzələ Yunanıstanı da silkələdi
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
278 nəfər deputatlığa namizədliyini geri götürdü
Yol polisi sürücüləri belə tələyə salır - VİDEO
“O NAMİZƏDLƏRİN ÜSTÜNDƏN XƏTT ÇƏKİLƏCƏK” - MSK
Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb – SİYAHI
SOCAR-ın 2023-cü ilədək ümumi kapital qoyuluşu 14 mlrd. manat olacaq - “Fitch”
Türk baş konsulu erməni terrorçu belə qətlə yetirib – 47 il…
Əhaliyə 60 faizlə pul verən kredit təşkilatı haqqında ŞOK İDDİA
“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.29415] initstartout [0.00023] initstartin [0.00106] calstart [0.01326] calend [0.00087] topnewsend [0.00580] rsssend [0.00000] ehgend [0.00957] tagsstart [0.00067] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26263]