Mikroavtobus aşdı, 17 nəfər xəsarət aldı

  • 20 apr 2017, 18:44
Şəklidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb. APA-nən Şəki-Zaqaatal bürosunun xəbərinə görə, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb. 
Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi "Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin itməsi nəticəsində aşıb. Nəticədə ikisi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.
 
İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.
 
Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Oxşar xəbərlər