Qəbələdə ağır qəza, 2 ölü
- 17 apr 2017, 09:20
Qəbələ rayonunda baş verən ağır avtomobil qəzası zamanı xəsarət alan şəxslərdən biri də bu gün dünyasını dəyişib.
Hadisə aprelin 15-də Qaraməryəm-İsmayıllı-Şəki
avtomobil yolunda, Qəbələnin Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.
Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1995-ci il təvəllüdlü Nəbiyev Fərid Rəşid
oğlu idarə etdiyi "VAZ 2109” markalı minik avtomobili ilə sürətlə hərəkətdə
olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Hadisə
zamanı sürücü Fərid Nəbiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində
dünyasını dəyişib, avtomobildəki 2 sərnişin, Vəndam qəsəbə sakinləri, 1996-cı
il təvəllüdlü Həlimov Fərid Əlibala oğlu və 1991-ci il təvəllüdlü Niftəliyev
Mübariz Qurbanəli oğlu ağır bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına
yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən və komada olan F. Həlimov həkimlərin
səyinə baxmayaraq bu gün dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən
araşdırma aparılır. (APA)
