Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:26 - 19.09.2019  
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
Tarix: 20-06-2019, 21:14 | Bölmə: Xəbərlər » Ölkə içi

"Dövlətimizin başçısının imzaladığı fərmanlar və sərəncamlar 3 milyon vətəndaşımızı əhatə edib"

Novruz Məmmədov nazirləri topladı - TƏCİLİİyunun 20-də Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclası açan Baş Nazir Novruz Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl və davamlı islahatlardan danışıb. Azərbaycanda reallaşdırılan yeni iqtisadi islahatlar nəticəsində ölkəmizin maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığını bildirən Novruz Məmmədov deyib: "Bu, imkan verir ki, digər məsələlərlə yanaşı, ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılsın. Bu ilin ilk yarısında dövlətimizin başçısının imzaladığı sosialyönümlü fərmanlar və sərəncamlar 3 milyon vətəndaşımızı əhatə edib. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlar bir daha göstərdi ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə imzaladığı sərəncamlar geniş əhali kateqoriyasının rifah halının daha da yüksəldilməsinə imkan yaradacaq”.

Bu gün Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə ikitərəfli və çoxtərəfli əsasda əlaqələr qurduğunu, xalqımızın maraqlarının təmin olunduğunu, milli dövlətçilik ideyalarının qorunub inkişaf etdirildiyini bildirən Novruz Məmmədov bütün bu uğurların arxasında Prezident İlham Əliyevin yüksək peşəkarlığının və siyasi səriştəsinin dayandığını söyləyib.

Sonra Novruz Məmmədov iclasın gündəliyi barədə məlumat verib.

Bildirilib ki, iclasın gündəliyinə "Qaz təchizatı sahəsində mövcud durum, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi üzrə kompleks tədbirlər haqqında”, "Ölkə əhalisinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi sahəsində görülən işlər, xidmətin keyfiyyətinin yüksəldilməsi və infrastrukturunun daha da təkmilləşdirilməsi ilə bağlı qarşıda duran cari və perspektiv məsələlər haqqında” və "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması işlərinin gedişi haqqında” məsələlər daxildir.

Təbii enerji qaynaqlarının mühüm seqmentini təşkil edən qaz sektorunun Azərbaycanın sosial-iqtisadi həyatında vacib rola malik olduğunu bildirən Baş Nazir qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasətinin uğurla icrası nəticəsində ölkəmiz bu sahədə ciddi nailiyyətlər qazanıb. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkədir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamında Energetika Nazirliyinə "Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsinin hazırlanması tapşırılıb.

Baş Nazir bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətində yol verilən nöqsanları və bu sahədə olan bir sıra problemləri qeyd edib, çatışmazlıqların aradan qaldırılması, şəffaflığın təmin olunması ilə bağlı tapşırıqlarını verib.

 

Novruz Məmmədov deyib ki, ölkəmizdə əhalinin keyfiyyətli içməli su və kanalizasiya xidmətləri ilə təmin edilməsi istiqamətində bu günə qədər bir sıra mühüm layihələr icra olunub. Bununla yanaşı, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.

Baş Nazir əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı görülən işlərdən danışaraq siyahıyaalma məntəqələrinin komplektləşdirilməsinin, zəruri avadanlıqlarla təchiz olunmasının və bununla bağlı əhalinin məlumatlandırılması işlərinin vacibliyini vurğulayıb.

Sonra Energetika naziri Pərviz Şahbazovun, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

Xəbər 870 dəfə oxunub






Oxşar xəbərlər

Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib
Əli Həsənov Nuru paşadan yazdı - "Fateh komandan.."
Eynşteynin nisbilik nəzəriyyəsi sübut olundu
Təəssüf ki, axmaqlıq onu gəzdirənə əzab vermir…
Bakı erməni-bolşevik işğalından necə azad edildi
"15 sentyabr PAYTAXT günü elan olunmalıdır!" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.34693] initstartout [0.00023] initstartin [0.00159] calstart [0.01619] calend [0.00092] topnewsend [0.00737] rsssend [0.00001] ehgend [0.02518] tagsstart [0.00102] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.29436]