Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

21:24 - 19.01.2019  
“Gədəbəy işi” ndə maliyyə naziri və Bayramov qardaşlarının ADI – İDDİA
Tarix: 30-06-2018, 13:18 | Bölmə: Xəbərlər » Ölkə içi

“Gədəbəy işi” ndə maliyyə naziri və Bayramov qardaşlarının ADI – İDDİABu ilin iyun ayının 1-də tutduğu vəzifədən azad edilərək dindirilmək üçün Bakı şəhərinə gətirilən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun ətrafında baş verən proseslər getdikcə daha geniş bir dairəni əhatə etməkdədir. Belə ki , bir qədər əvvəl mətbuatda gedən yazılarda iddia edilirdi ki, Yediyarovun həbs edilmiş keçmiş icra başçısı , AXCP-nin üzvü Saleh Rüstəmovdan 100 min dollar rüşvət alaraq, ona rayonun mərkəzində H. Əliyev prospektində, Heydər parkının yaxınlığında "PARK MARKET” adlı ticarət mərkəzi açmasına şərait yaratması haqqında məlumat getmişdi. Həmin məlumatda deyilirdi ki, həmin pulun alınması üçün vasitəçiliyi rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov edib, bu barədə həm Ramiz Yediyarov, həm də Saleh Rüstəmov istintaqa təsdiqedici ifadə verib. O zaman Namiq Məmmədovun səlahiyyət dairəsinə aid olmayan bu fəaəliyyəti haqqında məlumat bizi çox təəcübləndirmişdi.

Ona görə ki, indiyədək ölkənin heç bir rayonunda Maliyyə İdarəsinin rəisinin adı bu cür məsələlərdə hallanmayıb. Bu günlərdə bu məsələ ilə bağlı Gədəbəy rayonundan aldığımız çoxsaylı məlumatlar təəcübümüzü heyrətə çevirdi. Verilən məlumatlarda rayon sakinləri bildirir ki, Namiq Məmmədov nəinki büdcənin talanması və əmlak məsələləri , eyni zamanda bütün sahələrdə Yediyarovun birinci dərəcəli əlaltısı olub. Pay torpaqlarında qanunsuz tikililər, kadr məsələləri, sahibkarlardan, idarə müəssisə rəhbərlərindən birdəfəlik , aylıq və illik rüşvətlərin yığılması, Hesablama Palatasının, Maliyyə nazirliyinin təftişlərini "yola salmaq” üçün toplanan xəraclar, Yediyarovun şərik olduğu sahibkarlarla hesablaşmalar, bir sözlə bütün pul gətirən və insanları dövlətdən narazı sala biləcək məsələlər Namiq Məmmədov tərəfindən həyata keçirilib.Təsadüfi deyil ki, bu cür qeyri-rəsmi səlahiyyətlərə sahiblənməsi N. Məmmədovu fantastik ölçüdə var-dövlət sahibinə çevirib . Dərin savada və yüksək təhsilə malik olmayan bu şəxs saysız hesabsız bahalı avtomobillər, mülklər və mənzillər əldə edib. Rayonda bütün vəzifələrə Namiq Məmmədovun qohumları və yaxınları yerləşdirilib. İcra başçısı faktiki olaraq N. Məmmədov tərəfindən idarə olunub. Bəs N.Məmmədovun bu səviyyədə ixtiyar sahibi olmasının səbəbi nədir? Sakinlərin dediyinə görə N. Məmmədovun Maliyyə Naziri S. Şərifovdan və birinci müavini Azər Bayramovdan çox güclü dəstəyi var. Bayramovun sayəsində bu rayona ayrılan qeyri əmək haqqı xərcləri başqa rayonlara ayrılandan qat-qat çoxdur. Əslən Gədəbəydən olan Bayramov bu vəsaitlərin N. Məmmədov tərəfindən talanmasına açıq-aşkar göz yumur. Əlində bu cür güclü təzyiq vasitəsi olan N. Məmmədov isə bu yolla icra başçsını təsiri altında saxlaya bilir. N. Məmmədov Maliyyə Nazirliyinə o dərəcədə nüfuz edə bilib ki, hətta öz yaxınlarını belə nazirlikdə müəyyən vəzifələrə yerləşdirməyi bacarıb. Hazırda onun qızının və qaynının bu nazirlikdə işlədiyi məlumdur.

Məmmədov bu üstünlüklərindən dövlət mənafeyinə istifadə etsə yenə dərd yarı idi. Amma təəsüf ki, bu adamın dövlətə və mövcud hakimiyyətə münasibəti də fəaliyyəti kimi neqativdir. Belə ki,onun vasitəsilə rayonda fəaliyyət göstərən,ikin vəsait mənbəyi şübhəli olan xeyli sayda iş adamları var. Həmin iş adamlarının hər hansı arzuolumayan situasiyada dövlət mənafeyində dayanması da sual altındadır. Bütün bu söylənilən neqativ hallar Samir Şərifova , Azər Bayramova indiyədək məlum olub, lakin buna baxmayaraq nəinki bu şəxslər, hətta yeni təyin edilmiş təhsil naziri C. Bayramov belə N. Məmmədovla isti münasibət saxlayır.

Hazırda rayonda N. Məmmədovun icra başçısından asılı olan işləri aşırmaq üçün pul alıb amma, işini düzəltmədiyi və pulunu qaytarmadığı xeyli sayda narazı vətəndaş var. Onların şıkayətinin qarşısını almaq üçün N. Məmmədov və ətrafı tez-tez rayonda şaiyə yayırlar ki, guya N. Məmmədov artıq icra başçısı təyin edilib və bu barədə prezident sərəncamı yaxınlarda elan olunacaq. Hətta bu adamlar o qədər həyasızlaşıblar ki, başçı təyin edilmək üçün müəyyən vəsait ödədiklərini deməkdən belə çəkinmirlər. Məqsədləri isə aydındır. Yeni başçı təyin edilənədək şikayət olmasın , yeni başçı gələndə isə nə yolla olur olsun onun etibarını qazansınlar, başcının köməyi ilə bu şikayətçiləri şantaj və təhdidlə susdursunlar. Sakinlərin yeni təyin ediləcək başçıdan xahişləri odur ki, ilk növbədə N. Məmmədovu rayondan kənarlaşdırsın və özü də Yediyarovun taleyini yaşamaq istəmirsə N. Məmmədovun komandasının cinayətkar üzvlərini vəzifələrindən azad etsin.
AzEuroNews.com

Xəbər 1219 dəfə oxunub






Oxşar xəbərlər

Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11464] initstartout [0.00014] initstartin [0.00068] calstart [0.00902] calend [0.00048] topnewsend [0.00359] rsssend [0.00000] ehgend [0.00602] tagsstart [0.00056] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09411]